• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Londondakı “Acapella Academy” incəsənət mərkəzinin fəaliyyəti ilə tanışlıq olub

28-11-2025, 12:30 | Baxılıb: 398
“Londondakı “Acapella Academy” incəsənət mərkəzinin fəaliyyəti ilə tanışlıq olub

Londondakı “Acapella Academy” incəsənət mərkəzinin fəaliyyəti ilə tanışlıq olub
Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan qədim və zəngin musiqi mədəniyyətini təbliğ edən, onun incəliklərini həm yerli əhaliyə, həm də soydaşlarımıza öyrədən “Acapella Academy” adlı incəsənət mərkəzi fəaliyyət göstərir. Mərkəzin təsisçiləri azərbaycanlı musiqiçilər Səadət və Rasim Fərziyevlərdir.
Mərkəzin fəaliyyəti ilə yaxından tanışlıq və gələcək əməkdaşlıq planlarının müzakirəsi üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova “Acapella Academy”-də olub.
Görüşdə mərkəzdə musiqi nəzəriyyəsi, müxtəlif alətlərdə ifa, vokal, balet, müasir rəqs, rəsm və şahmat dərslərinin keçirildiyi qeyd olunub. Həmçinin gələcəkdə kamança dərslərinin və Azərbaycan rəqslərinin tədrisinin təşkilinin də planlaşdırıldığı barədə məlumat verilib. Mərkəzin hər yaşdan insanlara inkluziv mühitdə özünüinkişaf və yaradıcılıq imkanı yaratdığı diqqətə çatdırılıb. Mərkəzin idarəçiliyinin və fəaliyyət prinsiplərinin gələcək nəsillərə düzgün şəkildə ötürülərək qorunacağı bildirilib.
[center]Londondakı “Acapella Academy” incəsənət mərkəzinin fəaliyyəti ilə tanışlıq olub
Londondakı “Acapella Academy” incəsənət mərkəzinin fəaliyyəti ilə tanışlıq olub
Şöbə müdiri xaricdə yaşayan soydaşlarımızın mədəniyyət və incəsənət sahəsindəki fəaliyyətinin təqdir edildiyini söyləyib, komitənin diaspor nümayəndələri ilə əlaqələrin möhkəmləndirilməsinə və peşəkar şəbəkələşmənin genişləndirilməsinə daim dəstək göstərdiyini vurğulayıb.
“Acapella Academy” ilə birgə layihələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb və mərkəzə komitə adından milli suvenirlər hədiyyə edilib.
Qeyd edək ki, kamança, skripka ifaçısı Rasim Fərziyev və sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Doğma elin halayları” kitabının müəllifi, bəstəkar Səadət Fərziyeva eyni zamanda Birləşmiş Krallıqdakı “Qarabağ” məktəbinin musiqi müəllimidirlər. Onların rəhbərliyi ilə məktəbin şagirdlərindən ibarət xor kollektivi müxtəlif tədbirlərə qatılaraq Azərbaycan dilində mahnılar səsləndirir.скачать dle 10.6фильмы бесплатно


398

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.