• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Xankəndidə daimi qeydiyyatda olan keçmiş məcburi köçkünlərin geri qayıtması istiqamətində görülən işlər açıqlanıb

1-12-2025, 21:00 | Baxılıb: 211
“Xankəndidə daimi qeydiyyatda olan keçmiş məcburi köçkünlərin geri qayıtması istiqamətində görülən işlər açıqlanıb

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində bərpa və yenidənqurma işləri ardıcıl şəkildə davam edir. Geri qayıdan əhalinin təhlükəsiz və ləyaqətli yaşayışını təmin etmək üçün Azərbaycan dövləti bütün zəruri addımları atır, infrastruktur tam şəkildə yenidən qurulur.

Diaspor.info-nun məlumatına görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, Xankəndi şəhərində də orada daimi qeydiyyatda olan keçmiş məcburi köçkünlərin geri qayıtması istiqamətində işlər görülür. Dövlət Komitəsinin sədri tərəfindən komitənin inzibati binasında və bölgələrdə Xankəndi və Kərkicahan sakinləri ilə bir neçə görüş keçirilib. Onların Böyük Qayıdışla bağlı sualları cavablandırılıb, müvafiq izahlar verilib. Dövlət Komitəsinin Məşğulluq sektoru və aidiyyəti dövlət qurumları tərəfindən məşğulluqla bağlı layihələr icra edilir, sakinlər təlimlərə cəlb olunur və peşə bacarıqlarına uyğun avadanlıqla təmin edilirlər.

“İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatlarla bağlı təhlükənin aradan qaldırılması məqsədilə təmizləmə işləri aparılır, eyni zamanda, əhali üçün maarifləndirmə tədbirləri keçirilir. Bir neçə gün əvvəl bu istiqamətdə növbəti tədbir Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə köçürüləcək ailələr üçün təşkil olunub. Dövlət Komitəsində keçirilən görüşdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri barədə məlumat verilib, mina təhlükəsinə dair videoçarxlar nümayiş etdirilib. Köç prosesi bərpa-quruculuq qrafikinə uyğun şəkildə həyata keçirilir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə köçürülməsi zamanı ilk növbədə, qəzalı və ağır şəraitdə yaşayan ailələrin mərhələli qayıdışı təmin edilir. Yaşayış sahələri keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz həyatını təmin etmək üçün bütün sosial-texniki infrastrukturla təchiz olunub.скачать dle 10.6фильмы бесплатно


211

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.