• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Diaspora dair Birgə Fəaliyyət Planı qəbul olunub

2-12-2025, 18:00 | Baxılıb: 305
“Diaspora dair Birgə Fəaliyyət Planı qəbul olunub

Diaspora dair Birgə Fəaliyyət Planı qəbul olunub
Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin 7-ci iclası keçirilib.
Macarıstanın Baş Nazirinin Ofisinin Xaricdə Yaşayan Macar Birlikləri üzrə Dövlət Katibi Lörinc Nacsanın moderatorluğu ilə keçirilən iclasda Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubançıbek Omuraliyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbərinin müavini Murat Kazancı, Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya nazirinin müavini Bakyt Darmankul uulu, Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Komitəsinin sədri Kahraman Sarıyev və Qazaxıstan Respublikasının “Otandastar Fondu”nun prezidenti Daniyar Kadırov iştirak ediblər.
Görüşdə TDT-yə üzv ölkələrin xaricdəki icmalarının hazırkı vəziyyəti və əməkdaşlıq imkanları geniş müzakirə olunub, koordinasiyanın gücləndirilməsi, ortaq hədəflər kimi vacib məqamlar diqqət mərkəzində saxlanılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında TDT-nin türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə Naxçıvan Sazişinə əsasən yaradılmasından danışıb, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələrin son dövrlərdə daha da intensivləşdiyini vurğulayıb. Sədr bildirib ki, TDT çərçivəsində qəbul edilən Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasına uyğun olaraq həyata keçirilən ikitərəfli və çoxtərəfli görüşlər, müxtəlif proqramlar, forumlar və təşəbbüslər ölkələr arasındakı əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə mühüm töhfə verir.
TDT-yə üzv dövlətlərin təmsilçiləri təcrübələrini bölüşüb, əməkdaşlıq imkanları, xaricdəki icmaların yayılma arealı və ölkələrimizi təmsil potensiallarına diqqət çəkib, bundan sonrakı fəaliyyətin də ortaq strategiyalar əsasında həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan və TDT çərçivəsində əməkdaşlığın nəticələrini əks etdirən videoxülasə nümayiş olunub.
Aparılan çoxistiqamətli fikir mübadiləsi və səmərəli müzakirələrin nəticəsi kimi 2026-cı il üçün “Diaspor üzrə Birgə Fəaliyyət Planı” qəbul edilib.

скачать dle 10.6фильмы бесплатно

305

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.