• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Çinin beynəlxalq mədəniyyət festivalında təmsil olunub

4-12-2025, 22:00 | Baxılıb: 353
“Azərbaycan Çinin beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Azərbaycan Çinin beynəlxalq mədəniyyət festivalında təmsil olunub
Azərbaycan Çin Xalq Respublikasının Ciansu əyalətinin Nankin şəhərində baş tutan “Nanjing Youth Cultural Exchange Event” beynəlxalq mədəniyyət festivalında uğurla təmsil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Çindəki Səfirliyinin dəstəyi ilə festivalda iki stend qurulub, ölkəmizin zəngin tarixi, mədəniyyəti və milli irsi geniş auditoriyaya nümayiş etdirilib. Stendlərdə milli geyim nümunələri, Azərbaycan xalçaları, çay mədəniyyəti, maarifləndirici posterlər və materiallar, tarixi abidələrimizi əks etdirən açıqcalar, Xarıbülbül və digər tematik açarlıqlar, həmçinin nar mövzulu suvenirlər sərgilənib. Ziyarətçilərə ölkəmizə dair məlumat kitabçaları, Azərbaycan bayraqları və digər xatirə hədiyyələri təqdim olunub.
Çinin Nankin Poçt və Telekommunikasiya Universitetinin biznesin idarə edilməsi (MBA) üzrə magistri, müxtəlif mədəni tədbirlərdə Azərbaycanın fəal təmsilçisi Nilgün Quluzadə və digər azərbaycanlı tələbələr festivalda Azərbaycan haqqında təqdimatlarla çıxış ediblər. Çinlilərə və digər əcnəbilərə tariximiz, mədəni irsimiz haqqında geniş məlumat veriblər.
Tədbir çərçivəsində ölkəmizlə bağlı maarifləndirici viktorinalar təşkil olunub, qaliblər mükafatlandırılıb. Yüzlərlə ziyarətçinin marağı ilə qarşılanan stendlər yerli və milli televiziya kanallarında işıqlandırılıb.
Festivalın təşkilatçıları və digər ölkələrin nümayəndələri qeyd ediblər ki, Azərbaycan stendləri tədbirin ən uğurlu və rəngarəng təqdimatları sırasında olub. Onlar gələcəkdə də ölkəmizin bu kimi layihələrdə fəal iştirak etməsini arzuladıqlarını bildiriblər.

Azərbaycan Çinin beynəlxalq mədəniyyət festivalında təmsil olunub
Azərbaycan Çinin beynəlxalq mədəniyyət festivalında təmsil olunub
Azərbaycan Çinin beynəlxalq mədəniyyət festivalında təmsil olunub
скачать dle 10.6фильмы бесплатно


353

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.