• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qarabağ atlarının performansı, milli musiqimiz və rəqslərimiz tamaşaçıları heyran edib

5-12-2025, 11:00 | Baxılıb: 301
“Qarabağ atlarının performansı, milli musiqimiz və rəqslərimiz tamaşaçıları heyran edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaranmasının 54-cü il dönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan təmsilçilərinin möhtəşəm mədəniyyət təqdimatı böyük rəğbətlə qarşılanıb.

Diaspor.info xəbər verir ki, BƏƏ-nin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqs qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirib. Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatıb.

Təntənəli mərasimdə Azərbaycan heyətinin nümayişi böyük maraqla qarşılanıb və tamaşaçılar tərəfindən gurultulu alqışlarla müşayiət olunub.

Qarabağ atlarının performansı, milli musiqimiz və rəqslərimiz tamaşaçıları heyran edib
Qarabağ atlarının performansı, milli musiqimiz və rəqslərimiz tamaşaçıları heyran edib
Qarabağ atlarının performansı, milli musiqimiz və rəqslərimiz tamaşaçıları heyran edib


Xüsusilə diqqət çəkən məqamlardan biri — BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın da tədbirdə şəxsi iştirakı idi. Onun çıxışı izləməsi, Azərbaycan mədəniyyətinə göstərdiyi hörmət və sərgilənən proqramı yüksək qiymətləndirməsi bu anı daha da əlamətdar edib. Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, rəqs qrupu və orkestrin birgə çıxışı tədbirin ən yaddaqalan hissələrindən birinə çevrilib.

Bu parlaq təqdimat Azərbaycan mədəniyyətinin əzəmətini və bənzərsizliyini, milli kimliyimizi, atçılıq, musiqi və rəqs kimi irsimizi yaşadan ənənələrimizin beynəlxalq səviyyədə nə qədər dəyərli olduğunu bir daha təsdiq edib.

Əbu-Dabidəki bu möhtəşəm çıxış ölkəmizin dünyaya açılan mədəniyyət pəncərəsi olub və Qarabağ atlarının, musiqimizin və rəqs sənətimizin beynəlxalq nüfuzuna yeni bir səhifə əlavə edib.скачать dle 10.6фильмы бесплатно


301

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.