• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanlı alim Florida Elm, Mühəndislik və Tibb Akademiyasının üzvü seçilib

5-12-2025, 18:00 | Baxılıb: 300
“Azərbaycanlı alim Florida Elm, Mühəndislik və Tibb Akademiyasının üzvü seçilib

Azərbaycanlı alim Florida Elm, Mühəndislik və Tibb Akademiyasının üzvü seçilib
ABŞ-nin Orlando şəhərində keçirilən təntənəli mərasimdə azərbaycanlı alim Nazim Muradov Florida Elm, Mühəndislik və Tibb Akademiyasına (Academy of Science, Engineering and Medicine of Florida - ASEMFL) üzv seçilib. Bu nüfuzlu ada layiq görülməsi onun uzun illər elmin, xüsusilə də təmiz enerji sahəsinin inkişafına verdiyi əvəzsiz töhfələrin yüksək qiymətləndirilməsinin daha bir sübutudur.
Mərkəzi Florida Universitetinin fəlsəfə doktoru və Günəş Enerjisi Araşdırmaları Mərkəzinin xüsusi layihələr üzrə tədqiqatçısı Nazim Muradov ABŞ Milli İxtiraçılar Akademiyasının ilk azərbaycanlı üzvüdür. Alimin bu uğurları yüzlərlə elmi nəşrə və 50-dən çox ABŞ patentində öz əksini tapan innovativ tədqiqatlara əsaslanır. Nazim Muradovun ixtiralarının əksəriyyəti təcrübədə geniş tətbiq olunur. NASA-dan olan həmkarları ilə birgə hazırladığı yeni hidrogen sensoru texnologiyası ABŞ-nin kosmik proqramlarında uğurla istifadə edilir. Bu kəşfi NASA ilin ən yaxşı kommersiya texnologiyası kimi qiymətləndirib və nüfuzlu beynəlxalq “R&D100” mükafatına layiq görüb. Bu mükafat il ərzində 100 ən yaxşı texnoloji kəşfə görə verilir və “İxtiraçıların Oskarı” adlanır.
Qeyd edək ki, dünyanın məşhur elmi analitika platforması olan ScholarGP-nin 2024-cü il üzrə “Yüksək Reytinqli Alimlər” siyahısının ilk sıralarında yer alan Nazim Muradov 2023-cü ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib. Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçısı olub.

Azərbaycanlı alim Florida Elm, Mühəndislik və Tibb Akademiyasının üzvü seçilib
Azərbaycanlı alim Florida Elm, Mühəndislik və Tibb Akademiyasının üzvü seçilib
Azərbaycanlı alim Florida Elm, Mühəndislik və Tibb Akademiyasının üzvü seçilib
скачать dle 10.6фильмы бесплатно

300

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.