• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi olub

8-12-2025, 16:00 | Baxılıb: 287
“Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi olub

Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimi keçirilib.

Diaspor.info xəbər verir ki, açılış mərasimində İslam dünyasının mədəni irsinə həsr olunan xüsusi videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, İslam Mədəniyyəti Festivalının Bakıda keçirilməsi, bütün İslam dünyasından yaradıcı sənaye nümayəndələri üçün dialoq, tərəfdaşlıq və yeni ideyalar platforması rolunu oynayacaq. Həmçinin 40-dan çox ölkədən 300-dən artıq beynəlxalq iştirakçının, həmçinin 5 mindən çox ziyarətçinin gözlənildiyi bu tədbir, yaradıcı sənaye sahəsində fəaliyyət göstərən bütün iştirakçıların əlaqələrinin genişlənməsinə və inkişafına mühüm töhfə verəcək, eyni zamanda ziyarətçilərə müxtəlif kreativ və innovativ həllər təqdim edəcək.

“Bu səbəbdən tədbirin uğurla həyata keçirilməsi üçün bütün zəruri şəraitin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Habelə, Heydər Əliyev Fonduna, xüsusilə də Azərbaycanın birinci xanımı və Fondun prezidenti Mehriban Əliyevaya milli və qlobal miqyaslı mədəni layihələrə daim göstərdiyi dəstəyə görə təşəkkürümüzü çatdırmaq istəyirik. Çünki bu tədbirə ev sahibliyi etmək və bu qədər geniş və rəngarəng yaradıcı insanların burada iştirakını təmin etmək bizim üçün böyük şərəf və qürurdur”,-deyə nazir vurğulayıb.

İƏT-in Baş katibinin müavini və Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tarig Ali Bakhit Prezident İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsi yolunda göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkürünü bildirib: “Məhz bu möhkəm iradə və strateji yanaşma İslam dünyasında əməkdaşlığımızın yeni mərhələyə keçməsinə ciddi töhfə verir.biridir. Mədəniyyət insanlar arasında anlaşmanı, xalqlar arasında etimadı, dövlətlər arasında isə qarşılıqlı hörmət və əməkdaşlığı formalaşdırır.

Fələstin Dövlətinin mədəniyyət naziri İmadeddin Abdullah Salim Hamdan vurğulayıb ki, İƏT Mədəniyyət Festivalı yalnız mədəniyyət nümayişi deyil, həm də ortaq kimliyimizin, tarixi birliyimizin və ruhani dəyərlərimizin dünya səhnəsində təcəssümüdür. İslam dünyasının mədəni irsi, milyonlarla insanın yaddaşını, tarixi varlığını və mədəni sabitliyini daşıyan müqəddəs bir mirasdır.

Nazir qeyd edib ki, Fələstinin mədəniyyət siyasəti, məhz bu irsin qorunması, nəsillər arasında ötürülməsi və müasir yaradıcılıq formaları ilə zənginləşdirilməsinə yönəlib. “Bu festival, yaradıcı insanlar üçün yeni dialoq məkanı, mədəni platforma və inteqrasiya mühiti yaradır. Burada paylaşdığımız fikirlər, ideyalar və layihələr gələcəyin mədəni arxitekturasını formalaşdırmağa xidmət edir. Biz inanırıq ki, mədəniyyət xalqlar arasında ən güclü körpüdür, çünki dilindən, coğrafiyasından və siyasi çərçivəsindən asılı olmayaraq insan ruhunun ən saf təzahürünü daşıyır”.Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan qeyd edib ki, ölkəsi mədəniyyət sahəsində ortaq təşəbbüslərin genişləndirilməsinə, gənclərin yaradıcı mühitə cəlb edilməsinə, İslam mədəniyyətinin innovativ və müasir təqdimat formatlarının inkişafına hər zaman dəstək verməyə hazırdır. Bu istiqamətdə İƏT çərçivəsində atılan addımlar, mədəni platformaların genişlənməsi və yaradıcı sənayelərin inkişafı bizim üçün strateji əhəmiyyət daşıyır.

“Əsrlər boyunca İslam mədəniyyəti coğrafiyamızın memarlığından musiqisinə, ədəbiyyatından elminə qədər həyatımızın bütün qatlarına sirayət edib, bu gün isə yeni texnoloji mühit, yaradıcılıq ekosistemləri və qlobal mədəni inteqrasiyalar vasitəsilə daha geniş auditoriyalara çatdırılır. Biz inanırıq ki, bu festival həm tarixi mirasımızı qorumağa, həm də müasir təsəvvür çərçivəsində zənginləşdirməyə xidmət edəcək.

Azərbaycanın mədəni diplomatiya sahəsində nümayiş etdirdiyi liderlik, regional həmrəyliyin formalaşmasına verdiyi töhfələr həm Türkiyə, həm də bütün İslam dünyası tərəfindən yüksək dəyərləndirilir. Bu əməkdaşlığın gələcək illərdə daha çox layihə və mədəni mübadilə formatları ilə genişlənəcəyinə əminik”,- deyə nazir əlavə edib.

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025”in rəsmi açılış mərasimindən sonra Mövlanə Cəlaləddin Ruminin “Zaman dairəsindən çıx – Sevgi dairəsinə daxil ol” kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib. Layihənin illüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artist, “Atesh Hub”un təsisçisi Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJ Pancho).

Bədii proqramın növbəti hissəsində İbrahim Babayev (tar), Pərviz Məmmədov (piano) və Vəfadar Ramizin (zərb) müşayiəti ilə Azərbaycan milli rəqsi “Yaylıq” təqdim edilib.

Mərasimin son bədii təqdimatı Azərbaycan bəstəkarı Kübra Kərimlinin “Şuşa” kompozisiyası olub. Musiqi əsərini balaban ifaçısı Fəqan Ələsgərlinin müşayiəti ilə müğənni Aisel (Aysel Məmmədova) səsləndirib.

Daha sonra təşkilatçılar və rəsmi qonaqlar sərgi stendlərini ziyarət ediblər.

Qeyd edək ki, festival dekabrın 11-dək davam edəcək.скачать dle 10.6фильмы бесплатно


287

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.