• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Diaspor fəalları fərqləniblər

22-12-2025, 17:30 | Baxılıb: 236
“Diaspor fəalları fərqləniblər

Soydaşlarımız yerli cəmiyyətlərə uğurla inteqrasiya edərək onların ictimai, siyasi, sosial həyatında olduqca fəal rol oynayırlar. Millətlər arasında mənəvi körpülərin qurulmasına, multikultural dəyərlərin formalaşmasına, gələcək naminə birgə fəaliyyətin təşviqinə töhfələr verirlər. Nəticədə Azərbaycan diasporunun üzvləri yaşadıqları ölkələrdə müxtəlif mükafatlara layiq görülürlər. Koreya Respublikasında yaşayan Rahil Əhmədova və Belçika Krallığında yaşayan Aydan Abdullayeva da bu baxımdan fərqləniblər.
Koreya Respublikasında Azərbaycan icmasının fəal üzvü Rahil Əhmədova multikultural ailələrə dair müsbət ictimai rəyin formalaşmasına verdiyi töhfələrə görə “15-ci LG və Dong-A Multikultural Mükafatı”nın “Grand Prize”inə layiq görülüb. Rahil Əhmədova Mükafatlandırma mərasimində bildirib ki, bu mükafat Koreyada yaşayan multikultural ailələr üçün bir təşviqdir və o, gələcəkdə də Koreya ilə Azərbaycan arasında körpü olmağa davam edəcək. 17 ildir həmin ölkədə yaşayan soydaşımız ictimai fəaliyyəti və beynəlxalq layihələri ilə çoxmədəniyyətli ailələrin cəmiyyətdə düzgün şəkildə tanıdılmasına töhfələr verir. Qeyd edək ki, “Dong-A Ilbo” Koreyanın 1920-ci ildən nəşr olunan aparıcı milli qəzetlərindən biridir. “LG və Dong-A Multikultural Mükafatı” isə 2010-cu ildə LG şirkəti və Dong-A Ilbo qəzeti tərəfindən təsis olunub. Mükafat Koreyanı multikultural dost cəmiyyətə çevirməyə əhəmiyyətli töhfə verən şəxsləri və qurumları dəstəkləmək məqsədi daşıyır. Bu il 9 nəfər və 3 təşkilat mükafata layiq görülüb. Tədbir Koreya mətbuatında da işıqlandırılıb: https://n.news.naver.com/article/020/0003680940?sid=102
Belçikanın Brüssel şəhərində yaşayan, diaspor fəalı Aydan Abdullayeva isə 2026–2027-ci illər üzrə Gənc Avropa səfiri (YEAs) seçilib. “Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü 2016-cı ildə Avropa İttifaqının (Aİ) “Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı” (“EU NEIGHBOURS East”) çərçivəsində həyata keçirilməyə başlanıb. Bu təşəbbüs Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, eləcə də Aİ-yə üzv dövlətlər və Birləşmiş Krallıqdan olan gəncləri bir araya gətirən, onları əlaqələndirən, qeyri-siyasi, könüllülük prinsiplərinə əsaslanan və dinamik şəkildə fəaliyyət göstərən bir kommunikasiya şəbəkəsidir. Şəbəkə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı barədə məlumatlılığın artırılmasını, müxtəlif mövzularda siyasi dialoqa dəstək verilməsini və daha yaxşı gələcək naminə birgə fəaliyyətin təşviq edilməsini hədəfləyir. Vrije Universitetində Sosial Elmlər üzrə təhsil alan Aydan Abdullayeva Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı və Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının üzvüdür.

Diaspor fəalları fərqləniblər
Diaspor fəalları fərqləniblər
Diaspor fəalları fərqləniblər
скачать dle 10.6фильмы бесплатно


236

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.