• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Uşaq infeksion xəstəliklərinin müalicəsində yeni nəsil diaqnostika strategiyaları açıqlanıb

24-12-2025, 15:30 | Baxılıb: 321
“Uşaq infeksion xəstəliklərinin müalicəsində yeni nəsil diaqnostika strategiyaları açıqlanıb

Uşaq infeksion xəstəliklərinin müalicəsində yeni nəsil diaqnostika strategiyaları açıqlanıb

2025-ci ildə “Milli Pediatriya Akademiyası – 95 il” yubiley layihəsi çərçivəsində Azərbaycan Pediatrlar Assosiasiyası uşaq təbabətinin ən aktual mövzularını və innovativ müalicə üsullarını əhatə edən silsilə elmi-praktiki konfranslar, interaktiv seminarlar və genişmiqyaslı aksiyalar keçirib. “Azərbaycan Pediatrlar Assosiasiyası 95 il uşaq sağlamlığının keşiyində” devizi ilə keçirilən hər bir tədbir gələcəyimiz olan körpələrin rifahına və pediatriya sahəsindəki akademik potensialın gücləndirilməsinə xidmət edir.
Qeyd edilən layihənin davamı olaraq, Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) təşkilatçılığı ilə “Uşaqlarda infeksion xəstəliklər: Yeni nəsil diaqnostika və müalicə strategiyaları” mövzusunda elmi konfrans keçirilib.
ATU-nun Tədris Terapevtik Klinikasında təşkil edilən tədbirdə iştirak edən elmi dərəcəli yüksəkixtisaslı həkimlər və tanınmış tibb mütəxəssisləri uşaqlarda infeksion xəstəliklərin müalicəsində yeni nəsil diaqnostik metodların tibbi praktikaya daxil edilməsi, beynəlxalq müalicə standartlarının təhlili, uşaq sağlamlığı istiqamətində birgə fəaliyyət və digər məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Konfransın ilk sessiyasında çıxış edən APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə “Uşaqlarda Brusellez” mövzusunda təqdimatında bu patologiyanın uşaq orqanizmində yarada biləcəyi ciddi fəsadlardan və müasir terapevtik üsulların effektivliyindən bəhs edib. Alim erkən diaqnostikanın xroniki halların qarşısının alınmasında həlledici rol oynadığını və beynəlxalq protokolların milli səhiyyə sisteminə inteqrasiyasının vacibliyini diqqətə çatdırıb.
ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva “Uşaqlarda öskürəklə müşayiət olunan xəstəliklərin differensial diaqnostikası və müalicəsi” mövzulu çıxışında tənəffüs sistemi problemlərinin analizi və öskürəklə müşayiət olunan xəstəliklərin doğurduğu nəticələr haqqında danışıb. Məruzəçi yanlış müalicə risklərinin minimuma endirilməsinin və pasiyentlərin sürətli reabilitasiyasının təmin olunmasının yollarını ətraflı izah edib.
ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Fəxriyyə Məmmədova “Ürəyin kiçik anomaliyaları və infeksion xəstəliklər: əlaqə varmı?” mövzusunda çıxış edərək, kəskin iltihabi proseslər zamanı yarana biləcək kliniki riskləri geniş təhlil edib. Eyni zamanda, pasiyentlərdə ağırlaşmaların qarşısını almaq üçün dinamik müşahidənin əhəmiyyətini vurğulayaraq pediatriya sahəsində multidissiplinar yanaşmanın vacibliyini diqqətə çatdırıb.
“Virus hepatitlərinin diaqnostika və müalicəsinə müasir yanaşmalar” mövzulu təqdimatında ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Samir Məmmədov qaraciyərin infeksion zədələnmələrinin erkən təyini üçün innovativ metodlarının effektivliyindən bəhs edib. Məruzəçi həmçinin xroniki gedişatlı xəstəliklərin idarə olunmasında son tibbi nailiyyətlərin uşaqların yaşam keyfiyyətini yüksəltmək baxımından müstəsna rolunu izah edib.

Uşaq infeksion xəstəliklərinin müalicəsində yeni nəsil diaqnostika strategiyaları açıqlanıb
Uşaq infeksion xəstəliklərinin müalicəsində yeni nəsil diaqnostika strategiyaları açıqlanıb

ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Lalə Hidayətova “Uşaqlarda diareya sindromu: Virus mənşəli qastroenteritlər və müasir müalicə prinsipləri” adlı təqdimatında bağırsaq infeksiyalarının fəsadlaşmadan aradan qaldırılması üçün tətbiq edilən yeni nəsil metodlardan bəhs edib. Həkim uşaqlarda diareya sindromunun əsas səbəbləri, klinik əlamətləri və vaxtında müalicənin vacibliyi barədə qeyd edib.
“Müxtəlif yaş qruplarından olan uşaqlarda kəskin respirator xəstəliklərin klinik və laborator göstəricilərinin rastgəlmə tezliyi”dən danışan tibb üzrə fəlsəfə doktoru İlhamə Hüseynova respirator infeksiyaların yaş xüsusiyyətlərinə görə dəyişən fərqli gedişat modellərinə diqqət çəkib. Həkim apardığı müşahidə və tədqiqatlara əsaslanaraq uşaqlarda kəskin respirator xəstəliklərin klinik və laborator göstəricilərinin rastgəlmə tezliyinin öyrənilməsinin erkən diaqnostika və effektiv müalicə baxımından mühüm əhəmiyyət daşıdığını əsaslandırıb.
Konfransın ikinci sessiyası pediatriyanın spesifik sahələrinə aid elmi araşdırmaların təqdimatı və mütəxəssislərin peşəkar rəyləri ilə öz işini davam etdirib.
Tibb üzrə fəlsəfə doktoru, dosent Səbinə Cəfərova “Uşaqlarda qrip virusu: Risk faktorları və profilaktik yanaşmalar” adlı məruzəsində mövsümi epidemiyaların qarşısının alınmasında vaksinasiyanın və immunitetin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Mütəxəssis xəstəliyə meyilli qrupların müəyyən edilməsinin ağırlaşma hallarını azaltdığını və qoruyucu tədbirlərin sistemli şəkildə həyata keçirilməsinin zəruriliyini bildirib.
ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aytəkin Adilova “Neonatal dövrdə nadir rast gələn genetik xəstəlik” mövzusuna toxunaraq, yenidoğulmuşlarda müşahidə edilən nadir sindromların erkən aşkarlanması üçün müasir testlərin imkanlarından danışıb, patologiyaların vaxtında müəyyən edilməsinin ailələrə verilən tibbi məsləhətin keyfiyyəti baxımından müstəsna əhəmiyyət daşıdığını qeyd edib.
ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Sulduz Əhmədova “Uşaqlarda ekzantemalı xəstəliklərin differensial diaqnostikası” mövzusunda çıxışında qeyd edilən xəstəliklərin kliniki əlamətlərini, ekəcə də oxşar simptomlara malik fərqli xəstəliklər arasında dəqiq differensial diaqnozun vacibliyini izah edib.
Məruzələrdən sonra konfransın müzakirə mərhələsində suallar ətrafında fikir mübadiləsi aparılıb və təcrübəli ekspertlərin tövsiyələri dinlənilib.
скачать dle 10.6фильмы бесплатно


321

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.