• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“InnovateHER: Fuelling Women’s Success in STEM” layihəsi çərçivəsində silsilə seminarlar keçirilib

25-12-2025, 16:00 | Baxılıb: 318
““InnovateHER: Fuelling Women’s Success in STEM” layihəsi çərçivəsində silsilə seminarlar keçirilib

“InnovateHER: Fuelling Women’s Success in STEM” layihəsi çərçivəsində silsilə seminarlar keçirilib

Press-reliz

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Regional İnkişaf” İctimai Birliyi və “Viollete Mentorship’’ proqramının təşkilatçılığı ilə keçirilən “InnovateHER: Fuelling Women’s Success in STEM” layihəsi çərçivəsində silsilə seminarlar keçirilib.
Layihə çərçivəsində keçirilən ilk seminar “Metatesk” şirkətinin təsisçisi Günay İmanzadənin təqdimatı ilə baş tutub. Seminar zamanı iştirakçılara startap ekosisteminin əsasları, uğurlu startapın formalaşma mərhələləri, ideyanın bazarda doğrulanması və investorların diqqətini cəlb etməyin effektiv yolları barədə ətraflı məlumat verilib. Təqdimatda real nümunələr əsasında startap mühitində qarşıya çıxan çətinliklər və onların həlli mexanizmləri müzakirə olunub. Seminarın praktiki hissəsində isə iştirakçılar komandalara bölünərək öz startap ideyalarını formalaşdırıb, biznes modellərini hazırlayaraq təqdim ediblər.
Növbəti seminar ADA Universiteti və Boğaziçi Universitetinin məzunu, şəxsi inkişaf üzrə konsultant İlahə Bağırovanın iştirakı ilə keçirilib. Seminar müddətində iştirakçılara karyera planlamasında psixoloji amillərin rolu, texnoloji mühitdə effektiv kommunikasiya bacarıqları və qadınların STEM sahələrində liderlik potensialının inkişafı ilə bağlı məlumat verilib. Tədbir interaktiv müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Daha sonra qlobal çağırışlar fonunda texnologiya və innovasiyanın rolu mövzusu diqqət mərkəzində olub. Urban Nature Based Solutions (URBAN NBS) təşkilatının təsisçisi, Asiya İnkişaf Bankının CAREC Gender Climate mükafatının (2024) laureatı Elmira Fərzəliyevanın təqdimatı ilə baş tutan seminarda dayanıqlı inkişaf, iqlim dəyişiklikləri fonunda innovativ həllər, qadınların innovasiya və texnologiya sahələrində fəal iştirakı, eləcə də STEM sahəsində mövcud karyera imkanları və çağırışlar barədə danışılıb.
Layihə süni intellekt və data sahəsində karyera imkanları mövzusuna həsr olunmuş seminarla davam edib. Seminar çərçivəsində “Meta” şirkətinin data mühəndisi, “Girls in AI Azerbaijan” təşəbbüsünün təsisçisi və Minevra Universitetinin məzunu Nigar Həmidli iştirakçılara süni intellekt və data sahəsində mövcud trendlər, real layihələr üzərindən iş prinsipləri, texnologiya sahəsində liderlik bacarıqlarının formalaşdırılması və davamlı öyrənmənin əhəmiyyəti barədə məlumat verib.
Qeyd edək ki, layihə üzrə keçiriləcək mentorluq proqramı çərçivəsində xaricdə STEM sahəsində təhsil almış və həmin sahədə çalışmış Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının üzvləri arasından seçilən 25 mentor ümumilikdə 75 iştirakçıya (məktəb və universitetdə təhsil alan qadın tələbələr) dəstək göstərəcək.

скачать dle 10.6фильмы бесплатно

318

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.