• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə start verilib

26-12-2025, 16:00 | Baxılıb: 354
“VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə start verilib

VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə start verilib
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı ilə Şabran rayonunda VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə start verilib. Düşərgə dekabrın 23-dən 29-dək davam edəcək.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən düşərgə şəhid övladlarına ictimai, sosial və mənəvi dəstəyin göstərilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin gücləndirilməsi məqsədini daşıyır. Düşərgənin proqramına maarifləndirici təlimlər, intellektual oyunlar, mədəniyyət və idman tədbirləri, vətənpərvərlik mövzusunda görüşlər və digər proqramlar daxildir.
Düşərgədə Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində təhsil alan, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları bir araya gəliblər.
Açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Şabran Rayon İcra Başçısının müavini İlkin Ağayev, Vətən müharibəsi qazisi Orxan Xıdırov və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov çıxış ediblər.
Çıxışlarda uşaqlara göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb, bu baxımdan layihənin əhəmiyyətindən danışılıb.
Tədbir zamanı əvvəlki illərdə təşkil olunan düşərgələrdən bəhs edən videoçarx göstərilib və iştirakçılara layihənin keçdiyi yol barədə ətraflı məlumat verilib.
Düşərgənin ikinci mərhələsinin isə 2026-cı ilin yay aylarında Fransada təşkili nəzərdə tutulur.

VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə start verilib
VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə start verilib
VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə start verilib
VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə start verilib
VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə start verilib
скачать dle 10.6фильмы бесплатно

354

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.