• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ASAP Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirib

3-02-2026, 14:00 | Baxılıb: 210
“ASAP Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən ölkəmizdə və Macarıstanda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirilib.
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP-ın təşkilatçılığı ilə Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Engage and Exchange” adlı şəbəkələşmə tədbiri baş tutub. ASAP-ın İdarə Heyəti, məzun birlikləri və xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərinin üzvlərinin iştirakı ilə baş tutan tədbir zamanı gənclərin biri-birilərini daha yaxından tanıması, təcrübə və bilik mübadiləsinin aparılması, eləcə də gələcək əməkdaşlıq imkanlarının formalaşdırılması üçün müxtəlif şəbəkələşmə fəaliyyətləri keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən ASAP-ın İdarə Heyətinin sədri Milana Mir Feyzullazadə, ASAP-ın icraçı direktoru Güldanə Dadaşova və Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov xaricdə təhsil alan azərbaycanlı gənclərin ölkəmizin beynəlxalq arenada layiqli təmsilçiliyindəki rolu, bu istiqamətdə dövlət tərəfindən gənclərə verilən davamlı dəstək, eləcə də gənclərin bilik və bacarıqlarının inkişafına, qlobal şəbəkələrə inteqrasiyasına və ölkəyə qazandırılan insan kapitalının gücləndirilməsinə xidmət edən təşəbbüslərdən danışıblar. Qeyd olunub ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində, eləcə də beynəlxalq arenada özlərini doğruldurlar.
Azərbaycan Gəncləri Gününə həsr olunmuş növbəti tədbir Macarıstanın Budapeşt şəhərində keçirilib. Macarıstandakı Azərbaycan Evində baş tutan “Youth Connect” adlı görüş zamanı azərbaycanlı gənclərlə il ərzində göstərdikləri fəaliyyət və gələcək prioritetlər barədə danışılıb. Eyni zamanda, gənclərin ictimai fəaliyyətlərdə fəal iştirakı, milli dəyərlərin təbliği, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təşkilatlanmanın gücləndirilməsi məsələləri müzakirə olunub. Daha sonra isə istedadlı azərbaycan gənclərinin çıxışlarından ibarət musiqi və rəqs kompozisiyaları nümayiş etdirilib.
Əlavə olaraq, Azərbaycan Gəncləri Gününə həsr olunmuş video layihə hazırlanıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ASAP nümayəndəlik üzvlərinin yer aldığı layihə çərçivəsində gənclər bu əlamətdar günün məna və əhəmiyyəti ilə bağlı düşüncələrini bölüşüb, Azərbaycan gənclərinə öz təbriklərini çatdırıblar.

ASAP Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirib
ASAP Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirib
ASAP Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirib
ASAP Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirib
ASAP Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirib
ASAP Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirib
ASAP Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirib
ASAP Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirib
скачать dle 10.6фильмы бесплатно

210

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.