• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

AQTA və İsrailin Səhiyyə Nazirliyinin nümayəndələri təcrübə mübadiləsi aparıblar

3-02-2026, 16:00 | Baxılıb: 158
“AQTA və İsrailin Səhiyyə Nazirliyinin nümayəndələri təcrübə mübadiləsi aparıblar

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Diaspor.info-ya verilən məlumata görə, görüşdə bioloji aktiv qida məhsulları və qida əlavələri üzrə icazə, qeydiyyat və tənzimləmə mexanizmləri, həmin məhsullar üçün Azad Satış Sertifikatının verilməsi prosedurları və səlahiyyətli qurumlar barədə İsrailin təcrübəsi müzakirə olunub.

Tərəflər, həmçinin pestisid qalıqlarının tənzimlənməsi, o cümlədən aktiv maddə və formulasiya üzrə qeydiyyat prosedurları üzrə təcrübə mübadiləsi aparıblar.

Görüşdə yeni növ qida məhsullarının qiymətləndirilməsi zamanı tətbiq edilən elmi risk qiymətləndirilməsi metodologiyaları diqqət mərkəzində olub. İsrailin müvafiq qurumları tərəfindən tətbiq olunan yanaşmalar AQTA-nın mütəxəssisləri ilə paylaşılıb. Eyni zamanda qida təhlükəsizliyi sahəsində rəqəmsal nəzarət mexanizmləri, “ağıllı” yoxlama metodologiyaları, o cümlədən Düzgün İdxalçı Statusu və Onlayn Bəyanetmə Sisteminin tətbiqi üzrə İsraildə mövcud olan təcrübə ilə bağlı müqabil tərəfdən ətraflı məlumat verilib.

Görüşün yekununda bu cür görüşlərin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.скачать dle 10.6фильмы бесплатно


158

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.