• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Sədr müavini Kanadada bir sıra görüşlər keçirib

6-02-2026, 18:00 | Baxılıb: 171
“Sədr müavini Kanadada bir sıra görüşlər keçirib

Sədr müavini Kanadada bir sıra görüşlər keçirib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Vaqif Seyidbəyov Kanadaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Komitə sədrinin müavini Toronto Azərbaycan Evinin fəaliyyəti ilə yaxından tanış olub. Azərbaycan Evinin və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova evin fəaliyyəti və qarşıdakı planlar barədə ətraflı məlumat verib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Evlərinin soydaşlarımızın şəbəkələşməsinə, Vətəndən uzaqda özlərini yalnız hiss etməməsinə və gənc nəsildə milli birliyin formalaşmasına xüsusi xidmət etdiyi vurğulanıb. Sədr müavini daha sonra Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbini ziyarət edib. Şagirdlər məktəbdə özlərinə azərbaycanlı dostlar tapdıqlarını, ana dilini öyrəndiklərini, festivallarda və tədbirlərdə Azərbaycanın milli rəqsləri ilə çıxış etdiklərini qürurla dilə gətiriblər Məktəbin müəllimləri gənc soydaşlarımızın milli ruhda tərbiyə edilməsi, zəngin mədəniyyətimizin qorunması və təbliğində həftəsonu məktəblərinin əvəzsiz rolundan danışıblar. Soydaşlarımıza göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.
Səfər çərçivəsində Kanadadakı Azərbaycan icması ilə görüş keçirilib. Sədr müavini komitənin dəstəyi ilə dünyanın müxtəlif ölkələrində təşkil olunan genişmiqyaslı layihələrin soydaşlarımızın həmrəyliyinə hesablandığını ifadə edib. Görüş iştirakçıları həmvətənlərimiz arasında güclü bağın qurulması, qarşılıqlı dəstək mexanizmlərinin yaradılması, eləcə də Kanadaya yeni gələn soydaşlarımızın adaptasiyası mövzusunda müxtəlif təkliflər səsləndiriblər. İcmanın ağsaqqalları Kanadada yaşayan azərbaycanlıların bir arada olması, milli kimliyin və ana dilinin qorunmasına göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür ediblər.
Komitə sədrinin müavini Toronto Universitetində yerləşən “Tomas Fişer” (Thomas Fisher) Nadir Əsərlər Kitabxanasını da ziyarət edib. Kitabxanada Azərbaycan dilində yazılan əsərlər, azərbaycanlı müəlliflərin başqa dillərə tərcümə olunan nadir kitabları, o cümlədən Nizami Gəncəvinin 1517-ci ilə aid “İqbalnamə” əlyazması, Füzulinin “Leyli və Məcnun” əsərinin Təbrizdə çap olunan ilk nəşri və XVIII əsrə aid təzhibli Qurani-Kərim nüsxələri ilə tanış olub. Toronto Universitetinin Yaxın və Orta Şərq, eləcə də İslam dünyası kitab kolleksiyalarına nəzarət edən Lalə Cavanşir Azərbaycan mədəni irsinin Toronto Universitetində necə təmsil olunduğu və qorunduğu barədə məlumat verib.

Sədr müavini Kanadada bir sıra görüşlər keçirib
Sədr müavini Kanadada bir sıra görüşlər keçirib
Sədr müavini Kanadada bir sıra görüşlər keçirib
скачать dle 10.6фильмы бесплатно


171

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.