• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Mətbuat Şurası: Qida və pərakəndə sektorla bağlı iddialar ciddi faktlara söykənməlidir

10-02-2026, 19:00 | Baxılıb: 174
“Mətbuat Şurası: Qida və pərakəndə sektorla bağlı iddialar ciddi faktlara söykənməlidir

“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”da media materiallarının ictimai əhəmiyyətlilik dərəcəsi üç cəhətdən əsaslandırılır. Birincisi, sağlamlıq və təhlükəsizliyin qorunması, ikincisi, ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, üçüncüsü isə ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılması. Azərbaycan jurnalistləri fəaliyyətlərində bu prinsipləri rəhbər tutmalıdırlar. Amma bəzən fərqli tendensiyanın şahidi oluruq.

Diaspor.info xəbər verir ki, bu fikirlər Azərbaycan Mətbuat Şurasının məlumatında qeyd edilib.

Məlumatda, həmçinin deyilir: “Media orqanlarında müxtəlif qidaların zərərli olmasına dair fikirlərin yer alması, mövzuya dair ekspertlərin çıxış və rəylərinə yer verilməsi adiləşib. Qida bazarındakı hansısa məhsulun tamamilə keyfiyyətdən uzaq olduğu barədə bilgilərin yayılması da həmçinin. Bu barədə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin Mətbuat Şurasına ünvanladığı məktubda bildirilib. Qurum bu kimi materiallar nəticəsində yalnız mövcud sahədəki şirkətlərin deyil, eyni zamanda, bütövlükdə satış və ərzaq təminatı sisteminin nüfuzuna, ümumən, iqtisadi etimad mühitinə zərbə vurulduğunu detallı şəkildə əsaslandırıb.

Əlbəttə, yanlış təqdimatlar, yoxlanılmamış məqamların açıqlanması qida sahəsində etibarlı dövlət nəzarətinin mövcudluğunu şübhələndirir ki, bu durumda vətəndaşda dövlətə inamsızlıq kimi mənfi təzahürün qeydə alınması qaçılmazdır. Bütün bunlara görə Azərbaycan Mətbuat Şurası “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin mövqeyini bölüşərək belə qənaətə gəlir ki, qida və pərakəndə sektorla bağlı iddialar ciddi faktlara söykənməlidir. Media orqanları, həmçinin jurnalistlər mövcud istiqamətdə fikir bildirən şəxslərin statusunu, peşəkarlığını mütləq şəkildə nəzərə almalıdırlar.

Jurnalistlər qida təhlükəsizliyi məsələsinin cəmiyyətin və xalqın təhlükəsizliyinin vacib seqmenti olduğuna söykənərək, bu sektorda kimlərinsə reputasiyasına ziyan vurmağa hesablanmış bilgilərin, dezinformasiya təmayüllərinin yayılmasında alətə çevrilməməli, yalnız doğruları işıqlandırmaqla yüksək həssaslıq nümayiş etdirməlidirlər. Nəzərə alınmalıdır ki, həssaslıq həm də peşə prinsiplərinə, sivil jurnalistika dəyərlərinə sədaqətin ən mühüm göstəricisidir.

Mətbuat Şurası, eyni zamanda, bu qənaətdədir ki, ictimai maraqların müdafiəsində daimi səfərbərlik amili əsas götürülməklə, müvafiq dövlət qurumları, eləcə də sahə təşkilatları da vətəndaşların qida təhlükəsizliyi, sağlamlığı və rifahı ilə bağlı bilikləri diqqətdə saxlamalı, özlərinin operativ yanaşmaları ilə həm cəmiyyətin yanlış yönləndirilməsinin qarşısını almalı, həm də medianın etibarlı informasiyalarla təminatında boşluqların yaranmasına, dezinformasiya tipli yanlış bilgilərin ictimai rəydə hökmran mövqe tutmasına imkan verməməlidirlər.скачать dle 10.6фильмы бесплатно


174

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.