• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Roma Papası Azərbaycana dəvət olunub

10-02-2026, 23:00 | Baxılıb: 134
“Roma Papası Azərbaycana dəvət olunub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi Azərbaycandakı dini konfessiya nümayəndə heyəti fevralın 9-da Vatikanda bir sıra görüşlərdə iştirak edib.

QMİ-nin Mətbuat xidmətindən Diaspor.info-ya bildirilib ki, nümayəndə heyəti əvvəlcə Roma Papası XIV Leo ilə görüşüb.

Qonaqları salamlayan Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birgə səfərini sülh və insan qardaşlığı nümunəsi kimi dəyərləndirib.

A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın salamlarını çatdırıb, Azərbaycan-Vatikan əlaqələrinin yüksək səviyyəsini vurğulayıb. O, həmçinin mərhum Papa Fransiskin Azərbaycana səfərini və dini konfessiyaların rəhbərləri ilə görüşünü xatırladıb, bu görüşün də çox əlamətdar olduğunu bildirib. Qeyd edib ki, dövlət səfərləri və dini ictimaiyyət nümayəndələri ilə görüşlər Azərbaycanla Müqəddəs Taxt-Tac arasında münasibətləri və dinlərarası dialoqu gücləndirir. QMİ sədri Vatikanda nümayəndəliyin təsis olunmasının bu prosesə töhfə verəcəyini bildirib.

Şeyxülislam Bakıda inşa olunan ikinci katolik kilsəsinin açılışında Papa XIV Leonun da iştirakını arzulayıb. Həmçinin 2027-ci ildə Azərbaycan–Vatikan diplomatik münasibətlərinin 35 illiyi və Heydər Əliyev ilə Papa II İohann Pavelin ilk görüşünün 30 illiyi münasibətilə Roma Papasını ölkəyə dəvət edib. Bununla əlaqədar QMİ sədri Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından dəvət məktubunu XIV Leoya təqdim edib.

Görüş zamanı Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Yepiskop Vladimir Fekete Azərbaycandakı dinlərarası münasibətlərin yüksək səviyyəsindən, Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev etnik-dini harmoniya mühitindən, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili alban-udi irsinin qorunmasından, Sefarad yəhudiləri Bakı icmasının rəhbəri Zamir İsayev isə tolerantlıq mühitindən danışıb. Azərbaycan dinlərinin tarixi, dini abidələri və tolerantlıq mühiti barədə nəşrlər Papa XIV Leoya hədiyyə edilib.

Nümayəndə heyəti, həmçinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti ilə də görüş olub.

Şeyxülislam A. Paşazadə Heydər Əliyev Fondunun Vatikandakı katakombaların bərpası, muzey və kitabxana əməkdaşlığı, həmçinin Bakıda yeni katolik kilsəsinin tikintisinin multikultural siyasətin nümunəsi olduğunu vurğulayıb. Dinlərarası dialoqun vacibliyi, Azərbaycan-Ermənistan sülh prosesinin əhəmiyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Şeyxülislam A.Paşazadə Azərbaycanın sivilizasiyalararası dialoq və dinlərarası əməkdaşlıq prosesində fəal iştirakını, həmçinin Vatikanda martın 9-da keçiriləcək İftar mərasimində Roma Papasının müraciətinin əhəmiyyətini qeyd edib. QMİ sədri, həmçinin işğaldan azad olunmuş ərazilərdə dini və mədəni irsin bərpası, məscid, kilsə və məbədlərin yenidən inşası barədə məlumat verib.скачать dle 10.6фильмы бесплатно


134

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.