• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Gemini” Azərbaycan dilində istifadəyə verilib

12-02-2026, 15:00 | Baxılıb: 166
““Gemini” Azərbaycan dilində istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkəti bəyan edir ki, “Gemini” süni intellekt modeli artıq rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilib.

Bu barədə Diaspor.info-ya Nazirlikdən bildirilib.

Məlumata görə, strateji genişlənmə çərçivəsində əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçilib. Bu, azərbaycanlı istifadəçilərə “Gemini”nin imkanlarından əsas qlobal dillərlə yanaşı, ana dilində də faydalanmağa imkan yaradır.

Azərbaycan dili interfeysi artıq veb-versiyada aktivdir, tam mobil dəstək (Android/iOS) mövcuddur və real vaxt rejimində danışıq imkanı yaradan “Gemini Live” funksiyası mövcuddur.

Şirkət “Nano Banana” və “Veo” kimi ən qabaqcıl yaradıcı alətləri də Azərbaycan bazarına gətirdiyini açıqlayıb. “Nano Banana” sadə ideyaları yüksəkkeyfiyyətli vizuallara çevirməyə və mövcud şəkilləri təbii dildə redaktə etməyə imkan verir. “Veo” isə mürəkkəb yaradıcı təlimatlara dəqiq əməl edərək, sinxronlaşdırılmış səslə birlikdə yüksəkkeyfiyyətli (1080p) videolar yarada bilən qabaqcıl modeldir.

Məhsuldarlıq və təhsili dəstəkləmək məqsədilə Azərbaycan dilində üç yeni funksiya da istifadəyə verilib. “Canvas” yazı və kodlaşdırma üçün xüsusi iş mühiti təqdim edir və istifadəçilərə “Gemini” ilə mürəkkəb layihələr üzərində əməkdaşlığa şərait yaradır. “Deep Research” modeli mürəkkəb mövzuları araşdırmağa, bir neçə mənbədən məlumatları sintez edərək hərtərəfli hesabatlar təqdim etməyə imkan verir. Nəhayət, “Guided Learning” istifadəçilərə interaktiv, öyrənmə tərzinə uyğunlaşdırılmış testlər vasitəsilə yeni mövzuları mənimsəməyə kömək edir.скачать dle 10.6фильмы бесплатно


166

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.