• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Helsinkidə Dünya Türk Dili Ailəsi Günü qeyd olunub

12-02-2026, 17:00 | Baxılıb: 196
“Helsinkidə Dünya Türk Dili Ailəsi Günü qeyd olunub

Helsinkidə Dünya Türk Dili Ailəsi Günü qeyd olunub
UNESCO tərəfindən 15 dekabr tarixinin Dünya Türk Dili Ailəsi Günü elan olunması münasibətilə Finlandiyanın paytaxtı Helsinkidə tədbir keçirilib. Tədbir türk dillərinin tarixi köklərinin, ümumbəşəri dəyərinin və mədəni zənginliyinin beynəlxalq səviyyədə tanıdılmasına həsr olunub.
Türkiyənin Finlandiyadakı səfiri Deniz Çakar, Qazaxıstanın Finlandiyadakı səfiri Azamat Abdraimov, Özbəkistanın Finlandiyada akkreditə olunan səfiri Timur Raxmanov, Finlandiya Parlamentinin üzvləri Ville Skinnari və Kimmo Kiljunen, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova, Finlandiya İslam Cəmiyyətinin sədri Gölten Bedretdin, Helsinki Universitetinin Dillər Departamentinin baş müəllimi Yekaterina Qruzdeva, Helsinki Universitetinin Dillər Departamentinin müəllimi Hasan Mesut Meral tədbirdə çıxış ediblər.
Çıxışlarda mədəni müxtəlifliyin və beynəlxalq dialoqun əhəmiyyəti vurğulanıb. Türk dillərinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb. Bunun həm mədəni irsin yaşadılması, həm də xalqlar arasında qarşılıqlı anlaşma, həmrəylik və əməkdaşlığın möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığı qeyd olunub.
Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova UNESCO-nun dekabrın 15-ni Dünya Türk Dili Ailəsi Günü elan etməsini türk xalqlarına göstərilən xüsusi diqqətin nəticəsi adlandırıb. Bu təşəbbüsün türk dillərinin yaşadılması və inkişafı yönündəki işləri daha da sürətləndirəcəyinə inamını ifadə edib.
Tədbirin bədii hissəsi rəngarəng musiqi nömrələri ilə yaddaqalan olub. Helsinki Opera və Balet Teatrının azərbaycanlı pianoçusu Leyli Hüseynovanın böyük ustalıqla səsləndirdiyi türkdilli xalqların musiqi inciləri tədbirə xüsusi ovqat bəxş edib. Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru Mona Savojifarın səsləndirdiyi “Sarı Gəlin” mahnısı zalda böyük coşqu ilə qarşılanıb. Guljauxar Alimxanova, Alisultan Adilxanov və Aylin Adilxanova öz maraqlı ifaları ilə iştirakçılara Qazaxıstanın zəngin musiqi irsini nümayiş etdiriblər. Finlandiyada fəaliyyət göstərən “Tatar Band” musiqi qrupu tatar xalq mahnıları ilə proqramın milli koloritini daha da zənginləşdirib.

скачать dle 10.6фильмы бесплатно

196

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.