• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan əsilli gimnastlar ABŞ-də uğurla çıxış ediblər

12-02-2026, 18:00 | Baxılıb: 167
“Azərbaycan əsilli gimnastlar ABŞ-də uğurla çıxış ediblər

Azərbaycan əsilli gənc gimnastlar, ABŞ Gimnastika Federasiyasının (USA Gymnastics) və MIG Ritmik Gimnastika Klubunun üzvləri Yasmin Yusifli və Eva Əhmədova Kaliforniya ştatının paytaxtı Sakramentoda keçirilən ritmik gimnastika üzrə yarışda çıxış ediblər.
Turnirdə 33 idmançı mübarizə aparıb. 9 yaşlı Yasmin Yusifli və 8 yaşlı Eva Əhmədova Azərbaycan milli musiqisinin sədaları altında öz bacarıqlarını nümayiş etdiriblər. Azərbaycanlı gimnastların zərif milli geyimləri, texniki baxımdan yüksək səviyyəli, ifadəli və emosional çıxışları böyük maraq və alqışlarla qarşılanıb.
Yarışın nəticələrinə əsasən Yasmin Yusifli top proqramı üzrə 3-cü yerə layiq görülüb. Bu nəticə onun idman karyerasında növbəti uğur kimi dəyərləndirilib. Soydaşımız bundan əvvəl ardıcıl üç yarışda 1-ci yerin sahibi olub.
Yasmin Yusifli Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) üzvü, Eva Əhmədova isə Kaliforniyada fəaliyyət göstərən Azərbaycan rəqs dərnəklərinin fəal iştirakçısıdır. Onların qazandıqları nailiyyətlərdə məşqçi Antonina İvanyukanın peşəkar yanaşması və davamlı dəstəyi xüsusi rol oynayır.скачать dle 10.6фильмы бесплатно


167

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.