• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyəli alpinistlərin iştirakı ilə Haçadağa 10-cu zirvə yürüşü təşkil olunub

16-02-2026, 12:00 | Baxılıb: 137
“Türkiyəli alpinistlərin iştirakı ilə Haçadağa 10-cu zirvə yürüşü təşkil olunub

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Haçadağın zirvəsinə növbəti ekstremal yürüş təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Diaspor.info-ya verilən məlumata görə, yürüşə 27-si Türkiyədən, digərləri Naxçıvandan və ölkəmizin digər yerlərindən olmaqla, ümumilikdə 60 ekstrimsevər qatılıb. İştirakçılar arasında peşəkar alpinistlər, təşkilatçı qurumların təmsilçiləri və könüllü gənclər olub.

Yürüşdən öncə Xocalı soyqırımının qurbanları və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, İğdır Gənclik və İdman İl müdiri Recai Şahin və Türkiyə Dağçılıq Federasiyasının İğdır təmsilçisi Murad Akay tədbirin əhəmiyyəti barədə fikirlər səsləndirib, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, bu cür ekstremal idman fəaliyyətlərinin təşkili təbiətə olan sevginin təzahürü, sağlam həyat tərzinə təşviq, ümumilikdə alpinizmin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, yürüş Xocalı soyqırımı qurbanlarının xatirəsinə olan dərin ehtiramın, o cümlədən iki qardaş ölkənin birlik və bərabərliyinin təcəssümüdür.

İlk dırmanışını həyata keçirlənlər üçün təhlükəsizlik qaydaları barədə məlumat verildikdən sonra qruplara bölünən iştirakçılar zirvəyə doğru hərəkət ediblər. Hündürlüyü 2415 metr olan Haçadağın zirvəsində iştirakçıların xatirə şəkilləri çəkilib.

Sonda yürüş iştirakçılarına Gənclər və İdman Nazirliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, Türkiyəli alpinistlərin Haçadağa budəfəki zirvə yürüşü sayca onuncudur. Tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin dəstəyi ilə həyata keçirlib.скачать dle 10.6фильмы бесплатно


137

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.