• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

16-02-2026, 17:30 | Baxılıb: 143
“Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib
İngiltərənin paytaxtı Londonda yerləşən Britaniya Milli Kitabxanasında “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunan tədbir keçirilib. Tədbir Britaniya Azərbaycanlıları Cəmiyyəti və cəmiyyətin nəzdində fəaliyyət göstərən Qarabağ Məktəbinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Açılış nitqi ilə çıxış edən məktəbin rəhbəri Fəridə Pənahova tədbirin əsas məqsədinin Azərbaycan dilinin, milli kimliyin və mədəni irsin qorunması və təbliğinə töhfə vermək olduğunu bildirib. O həmçinin tədbirin təşkilinə və Qarabağ məktəbinin fəaliyyətinə göstərilən dəstəyə görə komitəyə təşəkkür edib.
Qarabağ Məktəbinin Azərbaycan dili müəllimi və “Bülbül” ana dili kitabının müəllifi Emiliya Cəbrayılova çıxışında ana dilinin uşaqların intellektual inkişafında, milli kimliyinin formalaşmasında və tarixi kökləri ilə bağlılığının möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Valideynlər-Ləman Ağası, İlahə Ocal, Ceyran Şirinova və Ülviyyə Tağızadə övladlarına ana dilinin öyrədilməsinin və ailə daxilində milli-mədəni dəyərlərin qorunmasının vacibliyini qeyd ediblər.

Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib
Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib
Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin birinci katibi Eltay Aslanov da iştirak edib. O bu cür təşəbbüslərin xüsusi əhəmiyyət daşıdığını söyləyib, ana dilinin milli kimliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb.
Tədbir çərçivəsində uşaqlara “Azərbaycan” sözünü eşitdikdə nəyi xatırladıqları barədə sual ünvanlanıb. Uşaqlar bu suala qürurla Azərbaycan bayrağı cavabını veriblər. Daha sonra şagirdlər Dövlət bayrağımızın rəsmini çəkiblər, “Bülbül” kitabının “Özün rənglə” bölməsində milli ornamentlərimizin şəkli olan səhifələri rəngləyiblər. Onlar, həmçinin Azərbaycan dilində şeirlər və mahnılar səsləndirib, “Tərəkəmə” rəqsini ifa edib, “Tıq tıq xanım” animasiya filmini izləyiblər. Sonda komitə adından “Bülbül” kitabının 20 nüsxəsi uşaqlara hədiyyə edilib.
Tədbirə Oksford, Kembric və Mançester şəhərlərindən Qarabağ Məktəbində təhsil alan şagirdlərin ailələri də qatılıb. Əsasən onlayn dərslərdə iştirak edən uşaqlar üçün canlı görüş xüsusi əhəmiyyət daşıyıb. Tədbir həm şagirdlər, həm də valideynlər üçün yaddaqalan anlarla zəngin olub, qarşılıqlı ünsiyyət və tanışlıq baxımından mühüm rol oynayıb. Təşkilatçılar bu cür təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyini bildiriblər.
Qeyd edək ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin (BAC) 2021-ci ilin sentyabrında təsis etdiyi onlayn Qarabağ məktəbi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Məktəb Azərbaycan dilinin, mədəniyyətinin və milli irsinin xaricdə yaşayan azərbaycanlı uşaqlara aşılanması, eyni zamanda bu dəyərlərin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm töhfə verir.
скачать dle 10.6фильмы бесплатно


143

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.