• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mahir Quliyev Cəlilabadda dəfn edilib

19-02-2026, 15:00 | Baxılıb: 158
“Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mahir Quliyev Cəlilabadda dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Quliyev Mahir Abuzər oğlunun nəşinin qalıqları Cəlilabad rayonunda torpağa tapşırılıb.
Diaspor.info xəbər verir ki, əvvəlcə şəhidin ailə üzvlərinin yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları, yaxınları, rayon sakinləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Daha sonra şəhidin nəşinin qalıqları izdihamla rayon qəbiristanlığına gətirilib. Dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, şəhid ailələri və çoxsaylı rayon sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər şəhidin Vətən qarşısında xidmətlərindən danışıb, onun xatirəsinin daim əziz tutulacağını bildiriblər.

Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb, Dövlət Himni səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı ailəsinə təqdim olunub.

Qeyd edək ki, Quliyev Mahir Abuzər oğlu 1958-ci il oktyabrın 31-də Cəlilabad rayonunda anadan olub. O, 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşmüşdü. Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.скачать dle 10.6фильмы бесплатно


158

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.