• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İtkin şəhid Nail Dənziyevlə Lerikdə vida mərasimi keçirilib

19-02-2026, 17:00 | Baxılıb: 160
“İtkin şəhid Nail Dənziyevlə Lerikdə vida mərasimi keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nail Fahil oğlu Dənziyevin nəşinin qalıqları Lerik rayonunda torpağa tapşırılıb.

Diaspor.info xəbər verir ki, Lerik rayonunun Mastail kənd sakini, 1974-cü il təvəllüdlü Nail Fahil oğlu Dənziyevin nəşinin qalıqları aparılan araşdırmalardan sonra aşkar edilərək eyniləşdirilib.

Nail Dənziyev 1992-ci ilin sentyabrında Sırxavənd istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü. 18 yaşında Vətən qarşısında borcunu yerinə yetirərkən itkin düşən hərbçi uzun müddət itkin hesab olunub. 1997-ci ilin fevralında ona rəsmi olaraq şəhid statusu verilib.

Dəfn mərasimində Lerik rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub. Dövlət Himni səsləndirilib, tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı ailəsinə təqdim olunub.

Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb.скачать dle 10.6фильмы бесплатно


160

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.