• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Milli QHT Forumu: "Amnesty International" Azərbaycan cəmiyyətində onsuz da sarsılmış nüfuzunu sıfırladı

19-02-2026, 19:00 | Baxılıb: 200
“Milli QHT Forumu:

Azərbaycan Milli QHT Forumu "Amnesty International" təşkilatının 2026-cı il fevralın 17-də Ruben Vardanyan daxil olmaqla erməniəsilli şəxslər barədə açıqlaması ilə əlaqədar bəyanat yayıb.

Diaspor.info bəyanatı təqdim edir:

"Biz – yüzlərlə Azərbaycan QHT-lərini birləşdirən çətir təşkilat - Azərbaycan Milli QHT Forumu olaraq, "Amnesty International" təşkilatının Ruben Vardanyan daxil olmaqla, erməniəsilli şəxslərin ədalət məhkəməsi tərəfindən mühakimə olunmasına etiraz edən çağırışını hiddətlə qarşılayırıq. Bu bəyanatla "Amnesty International" Azərbaycan cəmiyyətində onsuz da sarsılmış nüfuzunu sıfırladı, özünü rüsvayçılıqla ifşa etdi, müharibə cinayətkarları ilə eyni cərgədə dayandı.

Qəribədir, müstəqil xarici siyasət kursu olan Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək üçün Rusiyadan Qarabağa göndərilmiş emissarlar - Ruben Vardanyan və digərlərinin həbsi, ədalətli mühakiməsi və barələrində məhkəmə qərarları "Amnesty International"ı özündən çıxarır.

Qarabağdan əvvəl hələ Ukraynada separatizmin, terrorçuluğun maliyyələşdirilməsində, "çirkli pullar"ın yuyulmasında istifadə olunan oliqarx Ruben Vardanyanı siz sadəcə "tanınmış biznesmen" kimi qələmə verməklə kimi aldadırsınız?! "Amnesty International" həqiqətən hüquqa, ədalətə, humanizmə xidmət etsəydi, pul maraqlarına görə Vardanyan ailəsinin, Vardanyanın Böyük Britaniyadakı lobbiçilərinin əlində cılız alət olmağı özünə rəva bilməzdi.

"Amnesty International" terrorçuları müdafiə edən bu açıqlamasına görə Azərbaycan cəmiyyəti, dünyada ədalət mübarizəsi aparan, terrorçuluqdan, müharibə cinayətlərindən, soyqırımlardan əziyyət çəkən bütün insanlar qarşısında utanmalıdır.

Ruben Vardanyan və digər erməniəsilli şəxslərin cinayətlərinin ifşası, onların cəzalandırılmasının alqışlanması əvəzinə, "Amnesty International" bu cür təxribatı ilə Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyinə də xələl vurmağa, daşnak təfəkkürlü revanşistlərə mənəvi dəstək olmağa çalışır.

Maraqlıdır, ermənilərlə bağlı məhkəmə işlərinə bu qədər vaxt ayıran "Amnesty International" niyə 30 ilə yaxın işğal dövrü ərzində Ermənistanın təcavüzündən əziyyət çəkən azərbaycanlıların hüquqlarını müdafiə etmədi?

Hüquqi qərarlar siyasi təzyiq vasitəsi ilə dəyişdirilə bilməz. Regionda davamlı sülh yalnız ədalətin təmin edilməsi ilə mümkündür".скачать dle 10.6фильмы бесплатно


200

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.