• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ana dili bizi birləşdirən güclü mənəvi bağ, müqəddəs dəyərdir

21-02-2026, 17:00 | Baxılıb: 170
“Ana dili bizi birləşdirən güclü mənəvi bağ, müqəddəs dəyərdir

Ana dili bizi birləşdirən güclü mənəvi bağ, müqəddəs dəyərdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların ana dilini bilməsi, ana dilində sərbəst danışması istiqamətində səsləndirdiyi fikirlər soydaşlarımız üçün mühüm çağırışdır və onların fəaliyyətində yeni prioritetlər müəyyən edir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə baş tutan geniş videokonfrans bu çağırışlarla bağlı effektiv müzakirə imkanı yaradıb və xaricdəki Azərbaycan icmalarının milli məsuliyyətini özündə ehtiva edib.
Azərbaycanla yanaşı, dünyanın ABŞ, Almaniya, Avstraliya, Avstriya, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Estoniya, Fransa, Gürcüstan, İordaniya, İsveç, İsveçrə, Kanada, Kipr, Koreya, Küveyt, Litva, Qazaxıstan, Qətər, Qırğızıstan, Macarıstan, Misir, Moldova, Norveç, Oman, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Ukrayna kimi 33 ölkəsindən 100-dən artıq soydaşımızın, o cümlədən xarici ölkələrdəki həftəsonu Azərbaycan məktəblərinin müəllimlərinin iştirak etdiyi konfransda ölkə başçısının çıxışlarının yer aldığı videomaterial nümayiş olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək bildirib ki: ”Azərbaycan dili bizi birləşdirir, aramızdakı mənəvi bağları, milli birliyi daha da gücləndirir. Unutmamalıyıq ki, yeni nəsil diasporun ana dilini öyrənməsi milli birliyimizin davamlılığı üçün vacibdir. Azərbaycan dövlətinin dəstəyi ilə xaricdə açılan onlarla həftəsonu məktəbi soydaşlarımızın ana dilini mükəmməl bilməsi üçün böyük fürsətlər yaradır və birliyimizə töhfələr verir”.
Konfrans iştirakçılarına xaricdəki həftəsonu məktəbləri, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” məktəbləri barədə məlumat verilib, “Milli Dilli” onlayn təhsil platformasının geniş təqdimatı keçirilib. Layihənin ideya müəllifi və rəhbəri Sevinc Əliyeva layihənin tətbiqi imkanlarından danışıb, davamlılığının əhəmiyyətini qeyd edib. Müəllif Milli və Dilli obrazlarının yaradılması, xaricdə ana dilinin itirilməsi təhlükəsi, ana dilinin qorunması üçün şəxsi məsuliyyət, layihə çərçivəsində müəllimlərin seçimi, platformanın həftəsonu məktəblərinin uzunmüddətli perspektivinə müsbət təsiri ilə bağlı fikirlərini bölüşüb.
Konfrans xaricdəki Azərbaycan icmaları üzvlərinin, xüsusilə 3-cü, 4-cü nəsil diasporun ana dilini bilməsi, bu işdə “Milli Dilli” onlayn təhsil platformasının rolu, məsafədən təhsil imkanları barədə geniş fikir mübadiləsinin aparılması ilə davam edib. Soydaşlarımız ana dilini bilməyin nəsillərarası ünsiyyəti gücləndirdiyini, milli ruhun qorunmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb, “Milli Dilli” layihəsinin bu sahədə əvəzolunmaz rol oynayacağını söyləyiblər. Tədbir iştirakçıları xarici ölkələrdə Azərbaycan dilinin inkişafına göstərilən dəstəyə görə dövlətimizə minnətdarlıq ediblər.
Qeyd edək ki, hazırda dünyanın 24 ölkəsində 90-dan çox həftəsonu Azərbaycan məktəbi var. Bu məktəblərdən 32-si Azərbaycan Evlərinin nəzdində fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki hər bir həftəsonu Azərbaycan məktəbini dərs kitabları və tədris vəsaitləri ilə təmin edir. Soydaşlarımız, eləcə də ölkəmizə dost münasibəti bəsləyən xaricilər Azərbaycan Evlərinin və həftəsonu məktəblərinin xidmətlərindən təmənnasız istifadə edir.скачать dle 10.6фильмы бесплатно


170

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.