• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edib

23-02-2026, 20:00 | Baxılıb: 157
“Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edib

Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) sorğusu əsasında Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Konstitusiyaya uyğunluğunu araşdıraraq fevralın 18-də qərar qəbul edib.

Məhkəmənin mətbuat xidmətindən Diaspor.info-ya verilən məlumata görə, sorğu əmək müqaviləsinə xitam verilərkən işçilərə istifadə olunmamış əlavə məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməməsini nəzərdə tutan normanın Konstitusiyanın bərabərlik, sosial dövlət və hüquqların məhdudlaşdırılmasının mütənasibliyi prinsiplərinə uyğunluğu ilə bağlı olub.

Qərarda göstərilir ki, qanunvericiliyə əsasən işçilərə əsas məzuniyyətlə yanaşı, müəyyən kateqoriyalara əmək şəraitinə, əmək stajına, uşaqlı qadınlara, eləcə də işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərə əlavə məzuniyyət hüququ verilir. Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə kompensasiya ödənildiyi halda, əlavə məzuniyyətlərə görə kompensasiya verilməməsi həmin hüququn faktiki həyata keçirilməsini məhdudlaşdırır.

Plenum qeyd edir ki, əlavə məzuniyyət hüququndan obyektiv səbəblərə görə istifadə edə bilməyən işçinin həmin hüquqa görə kompensasiya almaq imkanından tam məhrum edilməsi hüququn mahiyyətini formal xarakterə çevirir və bərabərlik prinsipinə uyğun gəlmir. Eyni zamanda, yalnız əmək münasibətlərinin davam etməsi və ya xitam verilməsi meyarına əsaslanaraq fərqli hüquqi nəticələrin müəyyən olunması obyektiv və ağlabatan əsas kimi qiymətləndirilə bilməz.

Bütün bunları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsində əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsini nəzərdə tutan müddəanın Konstitusiyaya uyğun olmadığını hesab edir və həmin normanın tətbiqinin dayandırılmalı olduğunu bildirir. Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək əmək müqaviləsinə xitam verilərkən işçilərə istifadə edilməmiş əlavə məzuniyyət günlərinə görə kompensasiyanın əsas məzuniyyət üçün nəzərdə tutulmuş qaydada və məbləğdə ödənilməsi təmin olunmalıdır.скачать dle 10.6фильмы бесплатно


157

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.