• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib

24-02-2026, 15:00 | Baxılıb: 183
“Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib

Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib
ABŞ-nin Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərən Müqəddəs Tomas Universitetində (University of St. Thomas) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “III Qlobal Dialoq Konfransı: Tarixi Yaddaş Sülhün Təməli kimi” (III Global Dialogue Conference: Historical Memory as a Foundation of Peace) adlı beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Konfrans Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının dövlət himnləri səsləndirilməsi, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin nümayəndəsi, Müqəddəs Tomas Universitetinin professorları, alimlər və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı və faciəli səhifələrindən biri olduğunu vurğulayıb, bu dəhşətli hadisənin mahiyyəti və tarixi faktları barədə ətraflı məlumat verib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunan ardıcıl və genişmiqyaslı tədbirlərin bəşəriyyətə qarşı törədilən, insanlığa sığmayan terror aktının unudulmamasına xidmət etdiyini bildirib. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasının, xocalılara qarşı törədilən cinayətlərin hüquqi-siyasi qiymət almasının vacibliyini vurğulayıb. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirakının regionda sabitliyin təmin edilməsi və davamlı sülhün əldə olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini ifadə edib.
Azərbaycanın ABŞ-dəki Səfirliyinin nümayəndəsi çıxışında soyqırımı qurbanlarının xatirəsini anaraq, iki ölkə arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini vurğulayıb və bu münasibətlərin sülhün möhkəmlənməsinə töhfə verdiyini söyləyib.
Azərbaycan-Amerika Təşkilatları Alyansının vitse-prezidenti Adika İqbal Xocalıda törədilən vəhşiliklərin, dinc əhaliyə qarşı yönələn amansız cinayətlərin təkrar yaşanmaması üçün qlobal həmrəyliyin vacibliyini qeyd edib.
Konfransda irlandiyalı tarixçi, “44 Gün: Qarabağ – işğaldan azadlığa” kitabının müəllifi Patrik Uolşun videomüraciəti nümayiş olunub. O, Xocalı hadisələrinin tarixi kontekstinə toxunaraq, 26 fevral 1992-ci ildə törədilən hadisələrin beynəlxalq ictimaiyyət tərəfindən düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Xocalı soyqırımının ağrılı nəticələrini əks etdirən “Xocalı qətliamı – Azərbaycanın tarixi” adlı sənədli filmin nümayişi izləyicilərdə dərin kədər hissi yaradıb.
Konfrans günün ikinci yarısında panel müzakirələri ilə işini davam etdirib.
Maliyyə sahəsi üzrə analitik, “LearnTheMoney.org” saytının təsisçisi Əlimürsəl İbrahimovun moderatorluğu ilə keçirilən “Tarixi yaddaş sülhün təməli kimi” adlı paneldə Şimali Karolina Universitetinin Sülh və Münaqişə Araşdırmaları Departamentinin dosenti Əli Əsgərov, Cənubi Metodist Universitetinin fizika üzrə professoru Dürdanə Balakişiyeva, Çində fəaliyyət göstərən jurnalist və geosiyasi analitik Malik Ayub Sumbal, eləcə də Böyük Britaniyalı politoloq və jurnalist Neil Vatson çıxış edib.
Paneldə Xocalı soyqırımının beynəlxalq hüquq baxımından qiymətləndirilməsi, tarixi yaddaşın gələcək nəsillər üçün qorunmasının əhəmiyyətindən danışılıb. İnformasiya müharibəsi və xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın mövqeyini dünyaya çatdırmaqda oynadığı rol geniş müzakirə olunub. Eyni zamanda, Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri, beynəlxalq qətnamələrin icrasının təmin olunmamasının səbəbləri və bunun humanitar nəticələri barədə fikir mübadiləsi aparılıb. Regiondakı geosiyasi vəziyyət, post-münaqişə dövründə balanslı güc siyasətinin və regional əməkdaşlığın önəmi, kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyanın uzunmüddətli sülhün təmin olunmasındakı rolu diqqət mərkəzində olub.
Konfrans sual-cavab formatında müzakirələrlə işini davam etdirib.

скачать dle 10.6фильмы бесплатно

183

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.