• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Varşavada “Nabat” filmi nümayiş olunub

28-02-2026, 10:00 | Baxılıb: 193
“Varşavada “Nabat” filmi nümayiş olunub

Varşavada “Nabat” filmi nümayiş olunub
Polşadakı Varşava Azərbaycan Evində Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri təşkil olunub. Varşava Azərbaycan Evi və Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icması ilə yanaşı yerli ictimaiyyət nümayəndələri də iştirak edib.
Polşa Azərbaycan Şurasının (PAŞ) Varşava üzrə İdarə Heyətinin üzvü Tuncay Novruzzadə və təşkilatın üzvü Amin Məhərrəmzadə Xocalı soyqırımı haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında unudulmaz yer tutur. Hər bir azərbaycanlı üçün bu tarixi ədalətin bərpası, qurbanların xatirəsinin qorunması və gələcək nəsillərin milli və mənəvi dəyərlərlə maarifləndirilməsi üçün önəmli hadisədir.
Daha sonra Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi nümayiş olunub. Film müharibənin insan talelərində buraxdığı dərin izləri, doğma torpaqlardan didərgin düşməyin ağrısını və ana obrazının timsalında xalqın mənəvi dözümünü təsirli şəkildə əks etdirib. Ekran əsəri izləyicilərdə kövrək duyğular oyadıb.
Tədbirdə Xocalı dəhşətlərini əks etdirən foto-sərgi də nümayiş olunub. Dağıdılmış evlər, itirilmiş ailələr, əzab çəkmiş uşaqlar və yaşlı insanlar, eləcə də şəhərin viran qalmış küçələri iştirakçıların diqqətini çəkib. Eyni zamanda sərgi Xocalı soyqırımının beynəlxalq miqyasda tanınmasının vacibliyini vurğulayan mesaj verib.
Anım tədbirinin təşkilatçıları  Varşava Azərbaycan Evinin media departamentinə müsahibələr verib. Müsahibələrdə tarixi həqiqətlərin unudulmaması, insanlıq dəyərlərinin qorunması və gənc nəsillərin mənəvi tərbiyəsi üçün bu kimi tədbirlərin önəmi vurğulanıb.
Qeyd edək ki, Varşava Azərbaycan Evi mütəmadi olaraq Xocalı soyqırımı ilə bağlı anım mərasimləri, konfranslar və ictimai maarifləndirmə layihələri həyata keçirir. Bu təşəbbüslər iştirakçılarda dərin emosional təsir yaratmaqla yanaşı, tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi və humanitar dəyərlərin təşviqi üçün mühüm platforma rolunu da oynayır.

Varşavada “Nabat” filmi nümayiş olunub
Varşavada “Nabat” filmi nümayiş olunub
Varşavada “Nabat” filmi nümayiş olunub
Varşavada “Nabat” filmi nümayiş olunub
Varşavada “Nabat” filmi nümayiş olunub
скачать dle 10.6фильмы бесплатно


193

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.