• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ASAP xarici ölkələrdə Xocalı Soyqırımı ilə əlaqədar tədbirlər keçirib

28-02-2026, 12:00 | Baxılıb: 157
“ASAP xarici ölkələrdə Xocalı Soyqırımı ilə əlaqədar tədbirlər keçirib


Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən xarici ölkələrdə - Avstriya, Türkiyə, Macarıstan, Böyük Britaniya, Fransa və Çexiyada 26 fevral - Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Fransanın Paris şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri baş tutub. Fransada təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva XX əsrin faciəsi olan Xocalı soyqırımı ilə beynəlxalq və humanitar hüququn müddəalarının kobud şəkildə pozulduğunu bildirərək, dünya mediasında dərc olunan və Xocalı soyqırımında erməni vəhşiliyini aydın şəkildə əks etdirən məqalələrdən sitatlar gətirib. Diplomat qeyd edib ki, Xocalının harayı bütün dünyada eşidilməlidir. Məhz buna görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına start verilib və bu kampaniya sayəsində dünyanın 17 ölkəsinin parlamenti, ABŞ-nin 30 ştatı və 2 beynəlxalq təşkilat tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanınıb. Daha sonra xaricdə təhsil alan gənclərin Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmasındakı strateji rolu barədə müzakirələr aparılıb.

Avstriyanın Vyana şəhərində “Xocalı: Əsir uşaqlıq” filminin nümayişi baş tutub.Tədbir zamanı ölkəmizin Avstriyadakı səfiri Rövşən Sadıqbəyli gənclərə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının tarixi və milli oyanışın sürətlənməsindəki rolu barədə məlumat verib. ASAP Avstriya nümayəndəsi Ənvər Əliyev tələbələr arasında həmrəyliyin artırılması və tarixi yaddaşın qorunmasının vacibliyindən bəhs edərək, bu istiqamətdə həyata keçirilən təşəbbüslər haqqında danışıb. Nümayiş zamanı Xocalı faciəsinin insan talelərində buraxdığı dərin izlər, əsirlik həyatı yaşamış Məmmədovlar ailəsinin hekayəsi və müharibənin uşaqlıq üzərində yaratdığı ağır travmalardan bəhs edən ekran əsəri Avstriyada təhsil alan azərbaycanlı gənclərə təqdim olunub. Bildirilib ki, ekran işi yalnız 1992-ci ilin qanlı hadisələrini xatırlatmaq məqsədi daşımır, eyni zamanda tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına və gənc nəslin milli yaddaşının möhkəmləndirilməsinə xidmət edir. Qeyd edək ki, film Azərbaycan Respublikasının Gənclər Fondu, CVN TV, Belə-Belə İşlər və "Böyük Qayıdış Gənclər" Təşkilatının birgə təşkilatçılığı ilə hazırlanıb.

Çexiyanın Brno şəhərində isə 26 Fevral - Xocalı soyqırımı ilə əlaqədar “Ümid işığı” filminin nümayişi keçirilib. Çexiyada yaşayan azərbaycanlı gənclərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ASAP Çexiya nümayəndəsi Həsən Quliyev tərəfindən Xocalı soyqırımına dair ətraflı məlumat verilib, ermənilər tərəfindən törədilmiş bu qətliamın xalqımızın tarixində ən faciəli səhifələrdən biri kimi qaldığı vurğulanıb. Eyni zamanda, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi, 2023-cü ildə aparılan anti-terror əməliyyatları nəticəsində öz doğma sakinlərinə geri qaytarılan Xocalı da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizə qayıdışın tam sürətlə davam etdiyini vurğulanıb. Daha sonra gənclər müharibənin uşaqların taleyində buraxdığı dərin izlərdən bəhs edən “Ümid işığı” filmini izləyiblər.

Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Bahçeşehir Universitetində təhsil alan azərbaycanlı gənclər, eləcə də universitetin professor-müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə soyqırımının baş verməsi, faciə qurbanlarının amansızlıqla qətlə yetirilməsi, itkin düşən yüzlərlə sakinin naməlum qalan aqibəti, Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətindəki siyasi fəaliyyətləri, Prezident İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusu və xalqının şücaəti nəticəsində Qarabağ torpaqlarının işğaldan azad olunmasından danışılıb. O cümlədən, gənclərlə hazırda işğaldan azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən aparılan bərpa-yenidənqurma işləri, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması, eləcə də iki ölkə arasındakı qardaşlıq münasibətləri barədə müzakirələr aparılıb.

Macarıstanın Budapeşt şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Echoes of Humanity: Remembering Khojaly” adlı tədbir keçirilib. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra anma mərasimində çıxış edən səfir Tahir Tağızadə Dağlıq Qarabağ münaqişəsinin tarixi, azərbaycanlılara qarşı yüz ildən bəri davam edən erməni terroru və onun ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verib. Çıxış zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən qətiyyətli və uzaqgörən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu diqqətə çatdırılıb. Eyni zamanda, Xocalı cinayətkarlarının bir qisminin Bakıda ədalət məhkəməsi qarşısında cavab verməsinin tarixi ədalətin təntənəsi olduğu qeyd edilib. Daha sonra gənclərlə faciənin milli şüurun formalaşmasında rolu, yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi mexanizmləri barədə müzakirələr aparılıb.
Əlavə olaraq, Xocalı faciəsinə həsr olunmuş videoçarx hazırlanıb. Videoçarxda Türkiyədə təhsil almış azərbaycanlı gənc - Nurlana Mehdiyeva Xocalı faciəsinin tarixi həqiqətləri, dinc əhaliyə qarşı törədilmiş qətliamın miqyası və bu faciənin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi barədə məlumat verib. O cümlədən, 2023-cü ildə həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri nəticəsində Xocalı şəhərinin tam nəzarətə götürüldüyü və Azərbaycanın suverenliyinin bütün ərazilərində bərpa olunduğu vurğulanıb.

ASAP xarici ölkələrdə Xocalı Soyqırımı ilə əlaqədar tədbirlər keçirib
ASAP xarici ölkələrdə Xocalı Soyqırımı ilə əlaqədar tədbirlər keçirib
ASAP xarici ölkələrdə Xocalı Soyqırımı ilə əlaqədar tədbirlər keçirib
ASAP xarici ölkələrdə Xocalı Soyqırımı ilə əlaqədar tədbirlər keçirib
ASAP xarici ölkələrdə Xocalı Soyqırımı ilə əlaqədar tədbirlər keçirib
ASAP xarici ölkələrdə Xocalı Soyqırımı ilə əlaqədar tədbirlər keçirib
ASAP xarici ölkələrdə Xocalı Soyqırımı ilə əlaqədar tədbirlər keçirib
ASAP xarici ölkələrdə Xocalı Soyqırımı ilə əlaqədar tədbirlər keçirib
скачать dle 10.6фильмы бесплатно


157

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.