• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Budapeştdə “Bəşəriyyətin əks-sədaları: Xocalını xatırlayırıq 1992” adlı tədbir keçirilib

3-03-2026, 15:00 | Baxılıb: 243
“Budapeştdə “Bəşəriyyətin əks-sədaları: Xocalını xatırlayırıq 1992” adlı tədbir keçirilib

Budapeştdə “Bəşəriyyətin əks-sədaları: Xocalını xatırlayırıq 1992” adlı tədbir keçirilib
Macarıstanın paytaxtı Budapeşt şəhərində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunan “Bəşəriyyətin əks-sədaları: Xocalını xatırlayırıq 1992” (“Echoes of Humanity: Remembering Khojaly 1992”) adlı anım tədbiri keçirilib.
Anım mərasimi Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində baş tutub. Tədbir Səfirliyin və Azərbaycan Diaspor Gənclərinin Macarıstan nümayəndəliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.
Tədbirdə Macarıstanda yaşayan müxtəlif ölkələrdən - Çin, Fransa, Hindistan, Qazaxıstan, Pakistan, Misir, Türkmənistan və Türkiyədən olan gənclər, ADG-nin Macarıstan qrupu nümayəndələri, diplomatlar və digər dəvətli qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdiyi vəhşiliyin insanlıq əleyhinə cinayət kimi tarixə düşdüyünü bildirib. Azərbaycan dövlətinin və xalqının ədalətin bərpası və həqiqətlərin dünyaya çatdırılması üçün əzmkarlıq göstərdiyini vurğulayıb.
Proqram çərçivəsində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası və Xocalıda baş verən hadisələr barədə faktlara əsaslanan məlumatlar verilib. Tələbə Məhəmməd Cəfərovun fortepianoda müşayiəti ilə faciəni əks etdirən vizual materiallar nümayiş olunub.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdan və hazırda Xocalıda yaşayan ailələr haqqında görüntülər təqdim edilərək dirçəliş və ümid mesajı verilib.
“Echoes of Humanity” adlı anım tədbiri bir daha nümayiş etdirib ki, tarixi yaddaşın yaşadılması yalnız bir xalqın deyil, bütün bəşəriyyətin mənəvi məsuliyyətidir. Gənclərin fəal iştirakı ilə keçirilən tədbir həmrəyliyin, humanizmin və sülh çağırışının ifadəsinə çevrilib.

Budapeştdə “Bəşəriyyətin əks-sədaları: Xocalını xatırlayırıq 1992” adlı tədbir keçirilib
Budapeştdə “Bəşəriyyətin əks-sədaları: Xocalını xatırlayırıq 1992” adlı tədbir keçirilib
Budapeştdə “Bəşəriyyətin əks-sədaları: Xocalını xatırlayırıq 1992” adlı tədbir keçirilib
Budapeştdə “Bəşəriyyətin əks-sədaları: Xocalını xatırlayırıq 1992” adlı tədbir keçirilib
Budapeştdə “Bəşəriyyətin əks-sədaları: Xocalını xatırlayırıq 1992” adlı tədbir keçirilib
скачать dle 10.6фильмы бесплатно

243

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.