• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qubanın üç kəndinin adının dəyişdirilməsi təklifi dəstəklənib, qanun layihəsi hazırlanacaq

11-03-2026, 19:00 | Baxılıb: 219
“Qubanın üç kəndinin adının dəyişdirilməsi təklifi dəstəklənib, qanun layihəsi hazırlanacaq

Milli Məclisin Toponimiya Komissiyası Qubanın üç kəndinin adının dəyişdirilməsini məqsədəmüvafiq hesab edib.
Diaspor.info xəbər verir ki, bununla bağlı qərar komissiyanın bugünkü iclasında verilib.

İclasda çıxış edən komissiyanın sədri İsa Həbibbəyli ölkə ərazisində vaxtilə süni şəkildə dəyişdirilən, müxtəlif dövrlərdə məkrli məqsədlərlə saxtalaşdırılmış 40-dan artıq yer adının Toponimiya Komissiyası tərəfindən bərpa edildiyini söyləyib.

Qeyd olunub ki, aparılan dəyişikliklər Azərbaycanın milli maraqlarına və dövlətçilik mənafeyinə uyğun şəkildə həyata keçirilib, tarixi və milli toponimlərin qorunmasına və bərpasına xidmət edib.

Məlumata görə, kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən müraciət daxil olub. Müraciətə əsasən Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilərək müvafiq olaraq, "Elbir", "Çinarlı" və "Bəhrəli" adlandırılması təklif olunur.

Müzakirələrdən sonra yaşayış məntəqələrinin adlarının dəyişdirilərək "Elbir", "Çinarlı" və "Bəhrəli" adlandırılması məqsədəmüvafiq hesab olunub.

Qeyd edək ki, "Coğrafi adlar haqqında" qanuna əsasən coğrafi obyektlərə adların verilməsi və ya coğrafi obyektlərin adlarının dəyişdirilməsi haqqında təkliflər müvafiq icra hakimiyyəti orqanına dövlət orqanları, yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, hüquqi şəxslər və vətəndaşlar tərəfindən verilə bilər.

Qanuna görə, müvafiq icra hakimiyyəti orqanı təkliflərə baxır və onları məqbul hesab etdikdə bu qanunla tələb olunan hallarda müvafiq ərazidə yaşayan əhalinin rəyini öyrənir və əhalinin müsbət rəyi olduqda coğrafi obyektə ad verilməsi və ya coğrafi obyektin adının dəyişdirilməsi barədə qərar qəbul edir.

Beləliklə, Toponimiya Komissiyası Quba İcra Hakimiyyətinin kəndlərin adlarının dəyişdirilməsi haqqında müraciətini məqsədəuyğun hesab etdiyindən, bununla əlaqədar müvafiq qanun layihəsi hazırlanaraq, Milli Məclisin aidiyyəti komitələrinin müzakirəsinə çıxarılacaq.скачать dle 10.6фильмы бесплатно


219

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.