• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Dövlət Komitəsinin əməkdaşları ABŞ-də azərbaycanlı tələbə və gənclərlə görüşüb

12-03-2026, 16:00 | Baxılıb: 227
“Dövlət Komitəsinin əməkdaşları ABŞ-də azərbaycanlı tələbə və gənclərlə görüşüb

Dövlət Komitəsinin əməkdaşları ABŞ-də azərbaycanlı tələbə və gənclərlə görüşüb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-də səfərdə olan əməkdaşları Corc Vaşinqton və Corc Meyson Universitetlərində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Təşkilatlarının rəhbərləri ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova gənclərə komitənin uzunmüddətli layihələri, soydaşlarımızla qurulan möhkəm əlaqələr barədə məlumat verib, müasir dövrdə miqrasiya prosesləri, diasporun məskunlaşma arealı və inkişaf tendensiyaları haqqında danışıb.
Bildirilib ki, komitənin gənclərlə bağlı layihələri, xüsusilə Diaspor Gənclərinin Yay Düşərgələri, ixtisaslaşmış forumlar, “Diaspor Gəncləri 1+1” proqramı xaricdəki azərbaycanlı, eyni zamanda ölkəmizə dost münasibəti bəsləyən xalqların gənclərini vahid platformalarda birləşdirir və böyük maraqla qarşılanır.
Görüşdə komitənin xaricdə yaşayan gənclərin təşəbbüslərinə daim açıq olduğu, ABŞ-dəki soydaşlarımızın yaratdığı 10-dan artıq gənclər və tələbə təşkilatı ilə sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.
Tələbələr komitə əməkdaşlarına təhsilləri, təhsil ocaqlarının ictimai həyatında iştirakları, eləcə də diaspor mühitindəki təcrübələri barədə ətraflı məlumat veriblər.
Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçısı, Corc Vaşinqton Universitetinin Tələbə Assosiasiyasının rəhbəri Humay  Sadiq düşərgənin ona geniş coğrafiyanı təmsil edən gənclərimizlə tanış olmaq, fikir mübadiləsi aparmaq, əlaqələr qurmaq imkanı verdiyini dilə gətirib.
Corc Meyson Universitetinin Azərbaycanlı Tələbələr Təşkilatının rəhbəri İlyas Vəliyev isə Amerika-Azərbaycan  Gənclərinin II Forumunda iştirakından, ABŞ-nin müxtəlif ştat və universitetlərindən olan, böyük təhsil nailiyyətləri qazanan gənclərimizlə tanış olmasından danışıb. Gənc soydaşımız forum sayəsində qazandığı əlaqələrin onun üçün diaspor fəaliyyətində yeni imkanlar yaratdığını və dəyərli təcrübə olduğunu bildirib.
Tədbirdə, həmçinin Amerika Azərbaycan Təşkilatları Alyansının icraçı direktoru Nigar İbrahimova, ABŞ-də səfərdə olan Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova diaspor fəaliyyətində qazandıqları zəngin təcrübəni gənc liderlərlə bölüşüblər.
Fikir mübadiləsi zamanı azərbaycanlı tələbə və gənclərin təsis etdikləri təşkilatların təkcə ABŞ-də deyil, digər bir sıra xarici ölkələrdə təhsil alan gənc soydaşlarımız arasında da informasiya mübadiləsinin gücləndirilməsinə töhfələr verdiyi bildirilib. Bununla yanaşı, tələbə-gənclər təşkilatlarının ölkəmizin zəngin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərinin, multikultural ənənələrinin beynəlxalq mühitdə tanıdılması üçün müxtəlif xarakterli maarifləndirmə tədbirləri həyata keçirdikləri təqdir olunub.
Görüş müasir rəqəmsallaşma dövrünün çağırış və təşəbbüsləri, yeni nəsil diasporun inkişaf perspektivləri barədə fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

Dövlət Komitəsinin əməkdaşları ABŞ-də azərbaycanlı tələbə və gənclərlə görüşüb
Dövlət Komitəsinin əməkdaşları ABŞ-də azərbaycanlı tələbə və gənclərlə görüşüb
скачать dle 10.6фильмы бесплатно


227

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.