• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bostonda azərbaycanlı tələbə və gənclərlə görüş olub

17-03-2026, 10:00 | Baxılıb: 229
“Bostonda azərbaycanlı tələbə və gənclərlə görüş olub

Bostonda azərbaycanlı tələbə və gənclərlə görüş olub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-də səfərdə olan əməkdaşları Bostonda bir qrup azərbaycanlı tələbə və gənclərlə görüşüb. Görüş Harvard Universitetində yeni fəaliyyətə başlayan Azərbaycanlı Tələbə Cəmiyyətinin (“Harvard Undergraduate Azerbaijani Society-HUAS”) təşkilatçılığı ilə eyniadlı universitetdə baş tutub. Tədbirdə ABŞ-nin aparıcı ali təhsil müəssisələri olan Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology), Boston (Boston University), Şimal-Qərb (Northwestern University) və Saffolk (Suffolk University) universitetlərinin tələbələri də iştirak ediblər.

Bostonda azərbaycanlı tələbə və gənclərlə görüş olub

Görüşdə gənclərə komitənin həyata keçirdiyi layihələr, xaricdə yaşayan soydaşlarımızla qurulan əlaqələr və diaspor fəaliyyətinin inkişaf perspektivləri barədə məlumat verilib. Diaspor Gənclərinin Yay Düşərgələrinin, gənclər forumlarının, “Diaspor Gəncləri 1+1” proqramının gənclərin bir araya gəlməsini, fikir mübadiləsi aparmasını təmin edən mühüm bir platforma olduğu diqqətə çatdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova bildirib ki, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımız üçün Azərbaycan müqəddəs torpaqdır. Azərbaycançılıq ideologiyası birləşdirici amal, dövlətimiz isə dayaq yeridir. Bu bağlar qırılmazdır və hər bir azərbaycanlı məskunlaşdığı ölkəyə nə qədər yaxşı inteqrasiya etsə də, öz milli kimliyini qorumalı və assimilyasiyaya olmamalıdır. O həmçinin gənclərə dərslərində uğurlar arzulayıb.
Tələbələr təhsil aldıqları universitetlərin ictimai və akademik fəaliyyətləri, diaspor mühitində qazandıqları təcrübələr və yeni təşəbbüslər barədə danışıblar. Qeyd olunub ki, ABŞ universitetlərində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Təşkilatları gənclər arasında əməkdaşlığı gücləndirir və ölkəmizin zəngin tarixi, mədəni və multikultural dəyərlərinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verir.
Harvard Universitetinin Azərbaycanlı Tələbə Təşkilatının rəhbəri Qəndab Məmmədova Massaçusets ştatında təhsil alan və məzun olan bütün gəncləri birgə fəaliyyətə dəvət edib.
Massaçusets Texnologiya İnstitutunun tələbələri burada 9 azərbaycanlının təhsil aldığını qeyd edərək, bu görüşün ABŞ-dəki soydaşlarımız arasında əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Boston Universitetində tibb üzrə rezidentura  pilləsinin tələbəsi Firuzə və Nihad Hüseynovlar öz ixtisasları, tibbi sığorta məsələləri üzrə gənclərə tövsiyələr verməyə hazır  olduqlarını bildiriblər. Universitetdə 15 azərbaycanlı tələbənin olduğu və burada Azərbaycanlı Tələbələr Təşkilatının yaradılmasının planlaşdırıldığı da diqqətə çatdırılıb.
Tədbir gənclərə təcrübə mübadiləsi aparmaq, gələcək layihələrdə əməkdaşlıq imkanlarını müzakirə etmək fürsəti yaradıb. Həmçinin gənclər diaspor fəaliyyətinin daha səmərəli təşkili və əlaqələrin gücləndirilməsi yolları barədə fikirlərini səsləndiriblər.скачать dle 10.6фильмы бесплатно


229

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.