• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib

19-03-2026, 15:00 | Baxılıb: 225
“Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib

Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib
ABŞ-nin Konnektikut ştatının Hartford Universitetində “Qərblə şərqin görüşü” (“West Meets East”) adlı konsert keçirilib. Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Konnektikut ştatında yaşayan azərbaycanlı musiqiçi, Hartford Universitetinin professoru Kamilla Məmmədovanın təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan icmasının nümayəndələri, xarici qonaqlar, universitetin professor-müəllim və tələbə heyəti, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı iştirak edib.
Əvvəlcə Azərbaycan və onun zəngin mədəni irsindən bəhs edən videoçarx nümayiş olunub.
Kamilla Məmmədova açılış nitqi ilə çıxış edərək ölkəmizin zəngin musiqi mədəniyyətinin tarixi, milli ənənələri və bu irsin dünya xəzinəsinə verdiyi dəyərlər haqqında danışıb. Belə tədbirlərin mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması və inkişafı baxımın

Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib
Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib
Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib
Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib
Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib
Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib
dan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Komitə əməkdaşı bu kimi mədəni tədbirlərin Azərbaycan musiqisinin və mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığını bildirib. Belə təşəbbüslərin müxtəlif xalqlar arasında dialoqu gücləndirdiyini, şərqlə qərb arasında mədəni körpülərin qurduğunu deyib.
Amerikalı musiqiçi, kamança ifaçısı, Amerika Muğam Cəmiyyətinin rəhbəri Cefri Verbok Azərbaycan muğam sənətinin zəngin ənənələri və çoxəsrlik tarixindən bəhs edib. Bu musiqi irsinin bəşəri dəyərləri əks etdirdiyini və improvizasiya xüsusiyyətləri ilə seçildiyini diqqətə çatdırıb.
Konsertdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev və Tofiq Quliyevin əsərləri ilə yanaşı, xalq mahnılarından nümunələr səsləndirilib. Cefri Verbok Templ Universitetini doktorantı, skripka ifaçısı Azər Dəmirovun müşayiəti ilə “Segah” və “Qarabağ şikəstəsi” muğamlarını ifa edib. Amerikalı pianoçu Kolin Kristinin təqdim etdiyi “Qaytağı” rəqsi, eləcə də amerikalı ifaçı Sofiya Zayın səsləndirdiyi “Azərbaycan” və “Qərənfil” mahnıları dinləyicilərin marağına səbəb olub. Eyni zamanda, Azər Dəmirovun kamançada ifası və Kamilla Məmmədovanın pianoda müşayiəti ilə təqdim olunan Üzeyir Hacıbəylinin “Sevgili canan” əsəri və məşhur “Küçələrə su səpmişəm” xalq mahnısı tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Sonda ifaçılara hədiyyələr verilib və xatirə şəkli çəkdirilib.
[center]Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib
Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib
Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib
Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib
Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib
Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib
Konnektikut ştatında “Qərblə şərqin görüşü” adlı konsert keçirilib
скачать dle 10.6фильмы бесплатно

225

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.