• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanda patent və əqli mülkiyyət sahəsində islahatlar gözlənilir

31-03-2026, 15:00 | Baxılıb: 155
“Azərbaycanda patent və əqli mülkiyyət sahəsində islahatlar gözlənilir

Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması, patent idarəçiliyi və lisenziyalaşdırma mexanizmləri üzrə mövcud hüquqi və institusional çərçivənin uyğunluq və boşluqlar baxımından təhlili aparılacaq.

Diaspor.info xəbər verir ki, bu istiqamətdə "Patent haqqında" qanunda dəyişikliklərin edilməsi ilə bağlı təhlillərin aparılması, zərurət yarandığı halda isə müvafiq qanun layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulur.

Bu tədbirlərin sentyabra qədər icrası planlaşdırılır.

Eyni zamanda "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə də təhlillər aparılacaq və zərurət olduqda qanun layihəsi hazırlanacaq.

Bununla yanaşı, açıq elm və süni intellekt texnologiyalarının tətbiqi kontekstində risklərin, etik təsirlərin və ekoloji uyğunluğun beynəlxalq təcrübə əsasında ilkin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

Həmçinin patentlə mühafizə olunan sənaye mülkiyyəti obyektlərindən elmi-tədqiqat məqsədilə istifadəyə dair istisnaların qanunvericilikdə müəyyən edilməsi planlaşdırılır.

Qeydiyyata alınmış əmtəə nişanından istifadə ilə bağlı hüquq sahibinin öhdəlik götürməsi tələbinin də qanunvericilikdə təsbit edilməsi nəzərdə tutulur.

Tədbirlərin icrasını Əqli Mülkiyyət Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi və Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təmin edəcək.скачать dle 10.6фильмы бесплатно


155

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.