• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib

8-04-2026, 22:00 | Baxılıb: 157
“Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) nəqliyyat sektorunda yeni dövlət standartları qəbul edib.

Diaspor.info AZSTAND-a istinadən xəbər verir ki, qəbul olunan standartlar BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) müvafiq qaydaları əsasında hazırlanıb.

Onlar aşağıdakılardır:

- AZS ECE 9:2026 (UN Regulation №9) "Səs emissiyası baxımından L2, L4 və L5 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar";

- AZS ECE 10:2026 (UN Regulation №10) "Elektromaqnit uyğunluğu ilə bağlı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";

- AZS ECE 11:2026 (UN Regulation №11) "Qapı kilidləri və qapının saxlayıcı qurğuları ilə bağlı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";

- AZS ECE 12:2026 (UN Regulation №12) "Zərbə zamanı sürücünün sükan idarə olunma sistemindən qorunması baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";

- AZS ECE 13H:2026 (UN Regulation №13H) "Sərnişin avtomobillərinin əyləc sistemləri baxımından rəsmi təsdiqinə dair vahid müddəalar";

- AZS ECE 14:2026 (UN Regulation №14) "Təhlükəsizlik kəmərlərinin bərkidilməsi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";

- AZS ECE 17:2026 (UN Regulation №17) "Oturacaqlar, onların bərkitmələri və başaltıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";

- AZS ECE 25:2026 (UN Regulation №25) "Nəqliyyat vasitələrinin oturacaqlarına quraşdırılmış və ya quraşdırılmamış başaltıların rəsmi təsdiqinə dair vahid müddəalar";

- AZS ECE 26:2026 (UN Regulation №26) "Xarici çıxıntıları baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";

- AZS ECE 37:2026 (UN Regulation №37) "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının təsdiq edilmiş fənərlərində istifadəsi üçün nəzərdə tutulmuş közərmə lampalarının rəsmi təsdiqinə dair vahid müddəalar".

Bu dövlət standartları M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkət şəraitində yaratdığı səs-küy səviyyələrinin ölçülməsi və qiymətləndirilməsi, elektromaqnit uyğunluğunun təmin edilməsi, qapı kilidləri, sükan idarəolunma və əyləc sistemləri, təhlükəsizlik kəmərlərinin bərkitmələri, oturacaqların və başaltıların möhkəmliyi, nəqliyyat vasitələrinin xarici çıxıntıları və fənərlərdə istifadə olunan lampaların texniki göstəricilərinin qiymətləndirilməsi və təhlükəsizliyi sahələrini əhatə edir.

Sözügedən dövlət standartı layihələri "2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı"nın icrası çərçivəsində Daxili İşlər Nazirliyi yanında Baş Dövlət Yol Polisi İdarəsinin sədrlik etdiyi "Yol nəqliyyatı" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 19) təqdimatı əsasında qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.скачать dle 10.6фильмы бесплатно


157

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.