• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanla Meksika diaspor sahəsində əməkdaşlıq edəcək

9-04-2026, 18:00 | Baxılıb: 170
“Azərbaycanla Meksika diaspor sahəsində əməkdaşlıq edəcək

Sərhədlərimizdən kənarda yaşayan soydaşlarımız, Azərbaycan icmaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması istiqamətdə fəaliyyətini davam etdirməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu diaspor siyasətinin mühüm nəticəsidir ki, Azərbaycan dövləti ilə xaricdə yaşayan soydaşlarımız arasında, eləcə də icmalar daxilində əlaqələr daha da intensivləşib, koordinasiyalı fəaliyyət geniş vüsət alıb.
Azərbaycan dövlətinin siyasətinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi çoxyönlü layihələr həyata keçirir, xaricdəki Azərbaycan Evlərinin, Koordinasiya Şuralarının, həftəsonu məktəblərinin fəaliyyətlərini dəstəkləyir, Azərbaycan icmalarının qayğıları ilə maraqlanır, onlara bütün mümkün köməklikləri göstərir.
Komitənin fəaliyyət istiqamətlərindən biri də xarici ölkələrin aidiyyəti dövlət orqanları, rəsmi qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsidir.
Son illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin Rumıniyanın Xaricdəki Rumınlarla İş üzrə Nazirliyi (2018), Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (2018), Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi 2024), Qırğızıstanın Xalq Assambleyası (2023), elə də komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi (2019), “Macar-Turan” Beynəlxalq Fondu (2024) ilə imzalanan anlaşma memorandumları diaspor sahəsində beynəlxalq miqyaslı əməkdaşlıqların əməli nümunəsidir.
Ölkəmizin diaspor sahəsində növbəti əməkdaşlığı Meksika ilə qurulmaqdadır. Dünyada geniş yayılan diasporlardan sayılan meksikalıların yaşadıqları ölkələrin iqtisadi, siyasi və mədəni həyatında təsirləri hiss olunandır və yerli cəmiyyətlərə sürətlə inteqrasiya edirlər. Bu baxımdan xaricdə yaşayan azərbaycanlı və meksikalı icmaların dəstəklənməsi və onlara kömək göstərilməsi, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq mexanizmlərinin yaradılması olduqca əlamətdar hadisədir.
Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi və Xaricdə Yaşayan Meksikalılar İnstitutu (XME) vasitəsilə Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi arasında imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, iki ölkə arasında əlaqələrin intensivləşdirilməsinə mühüm töhfə verəcəkdir.
Memorandumun məqsədi yuxarıda da qeyd etdiyimiz kimi xaricdə yaşayan azərbaycanlı və meksikalı icmaları dəstəkləmək və onlara kömək göstərmək üçün qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq mexanizmləri yaratmaqdır.
Bunun üçün Azərbaycan və Meksika tərəfləri məsləhətləşmələr, məlumat, təcrübə və sənəd mübadiləsi aparacaq, birgə təlimlər təşkil edəcəklər.
Anlaşma Memorandumunda hüquq və azadlıqların, habelə milli mədəni dəyərlərin qorunmasının, cəmiyyətə inteqrasiyanın, habelə xaricdə yaşayan milli icmaların mədəni irsinin tanınmasının vacibliyi qeyd olunur. Müasir dünyada qloballaşma prosesinin inkişafında və sivilizasiyalararası dialoqun genişlənməsində milli icmaların və diasporun artan rolu təsdiqlənir. Hər iki ölkənin hökumətlərinin daxildə və xaricdə öz vətəndaşlarının xeyrinə həyata keçirdikləri təşəbbüslər vurğulanır.
Müxtəlif ölkələrdəki soydaşlarımızın və Azərbaycan icmalarının yaşadıqları cəmiyyətlərdəki mövqelərinin gücləndirilməsi məqsədilə komitənin gələcək beynəlxalq əməkdaşlıq arealının genişləndirilməsi nəzərdə tutulur.скачать dle 10.6фильмы бесплатно


170

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.