• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

TBMM-in Qadın və kişi bərabərliyi komissiyasının üzvləri Milli Məclisdə olublar

15-04-2026, 22:00 | Baxılıb: 156
“TBMM-in Qadın və kişi bərabərliyi komissiyasının üzvləri Milli Məclisdə olublar

Aprelin 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının ilk iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qadın və kişi bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Diaspor.info-ya bildirilib ki, görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova AQEM Qadınlar Şurasının toplantısında müzakirə olunan məsələlərin əhəmiyyətindən, onların həlli istiqamətində ikitərəfli və təşkilat çərçivəsində, eyni zamanda, türk dövlətləri arasında əməkdaşlığın önəmindən danışıb. Tədbirin gender bərabərliyinin təmin edilməsi, qadınların ictimai-siyasi həyatda fəal iştirakı, habelə sahibkar qadınların dəstəklənməsi və hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Komitə sədri hər iki ölkədə müxtəlif sahələrdə çalışan qadınlar arasında daha sıx təmaslarının qurulması, öz təcrübələrini bölüşməsi üçün geniş imkanların olduğunu bildirib.

Hicran Hüseynova Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin daim möhkəmləndiyini söyləyib. Dövlətlərimizin və xalqlarımızın həmişə bir-birinin yanında olduğunu deyib. Dövlətlərimiz arasında əlaqələrin güclənməsində parlamentlərin önəmli rolundan danışıb. Qanunvericilik orqanlarında fəaliyyət göstərən ayrı-ayrı komitələr arasında əməkdaşlığın inkişafının önəmini qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğan rəhbərlik etdiyi komissiyanın fəaliyyəti barədə söhbət açıb. O, Azərbaycanın sədrliyi ilə keçirilən AQEM Qadınlar Şurasının tədbirini yüksək qiymətləndirib, faydalı müzakirələrin aparıldığını vurğulayıb. Ölkələrimizin bu kimi beynəlxalq tədbirlərə evsahibliyinin özümüzü daha geniş tanıtmaq, əlaqələrimizi genişləndirmək, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək baxımından önəmli olduğunu söyləyib.

Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabərliyi komissiyası arasında əməkdaşlıq Protokolunun imzalandığını xatırladan Çiğdem Erdoğan bu əlaqələrin daha da gücləndirilməsi üçün səylərin artırılmasının, o cümlədən qarşılıqlı səfərlərin, görüşlərin keçirilməsinin vacibliyini ifadə edib.

Söhbət zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, komitə üzvü Müşfiq Məmmədli, Türkiyə nümayəndə heyətinin üzvü Songül Uzun çıxış edərək Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da dərinləşdiyini, parlamentlər arasında əməkdaşlığın genişləndirildiyini söyləyiblər. Qadınlarımız arasında əlaqələrin möhkəmləndirilməsi, onların inkişafı və iqtisadi fəallığının artırılmasının vacibliyi barədə fikirlərini bölüşüblər.скачать dle 10.6фильмы бесплатно


156

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.