• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Nantda “Qarabağ” həftəsonu məktəbində görüş keçirilib

15-04-2026, 18:30 | Baxılıb: 170
“Nantda “Qarabağ” həftəsonu məktəbində görüş keçirilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Fransanın Nant şəhərindəki “Qarabağ” həftəsonu Azərbaycan məktəbini ziyarət edib, tədris prosesi ilə yaxından tanış olublar.
Azərbaycan və türk dünyası üçün böyük əhəmiyyət kəsb edən Qarabağ bölgəsinin adını daşıyan məktəbin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Nant şəhərində yaradılması və uğurla fəaliyyət göstərməsi diqqətə çatdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən məktəbin rəhbəri Toğrul Zeynalov və müəllim Aynurə Hacıyeva tədris müəssisəsi ilə bağlı hesabat xarakterli çıxış ediblər.
Komitə sədrinin müavini Vaqif Seyidbəyov məktəbin fəaliyyətinin əhəmiyyətinə diqqət çəkib, burada formalaşan bilik və dəyərlərin soydaşlarımızın gələcək həyatında mühüm rol oynayacağını qeyd edib, onlara təhsil uğurları arzulayıb.
Görüş səmərəli fikir mübadiləsi, açıq dialoq mühitində keçirilib.
Məktəbin kollektivinin və valideynlərin iştirakı ilə keçirilən müzakirələr zamanı qeyd olunub ki, həftəsonu məktəbi yalnız dil və mədəniyyətin öyrədilməsi ilə kifayətlənmir, eyni zamanda müasir rəqəmsal bacarıqlarla zəngin, çevik və qlobal düşüncəli diaspor nəslinin yetişməsinə şərait yaradır, bölgədə ölkəmizin müsbət imicinin formalaşmasına töhfə verir.
Tədbirin sonunda şagirdlər zəngin və rəngarəng mədəni proqram təqdim ediblər. Proqram çərçivəsində onlar müxtəlif ədəbi-kompozisiyalar təqdim edib, şeirlər səsləndirib, milli musiqi nömrələri ifa ediblər. Onların çıxışları böyük rəğbətlə qarşılanıb. Hazırlanan proqram yalnız əyləncə xarakteri daşımayıb, eyni zamanda milli kimliyin, dilin və mədəni irsin qorunub gələcək nəsillərə ötürülməsinin vacibliyini nümayiş etdirib.
Qeyd edək ki, hazırda dünyanın 24 ölkəsində 100-ə yaxın həftəsonu Azərbaycan məktəbi var. Azərbaycan dövləti həmin məktəbləri, o cümlədən 20 aprel 2019-cu ildə Fransanın Nant şəhərində açılan “Qarabağ” həftəsonu Azərbaycan məktəbini lazım olan bütün vəsaitlə təmin edir və fəaliyyətlərinə dəstək göstərir.скачать dle 10.6фильмы бесплатно


170

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO
“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib
Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb

Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm

Zəngəzur dəhlizi ilə yeni imkanlar - VİDEO

“Sinxua” agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.