• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib

Bu gün, 11:00 | Baxılıb: 19
“DYP

Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib.

Bu barədə Diaspor.info-ya İdarədən məlumat verilib.

Bildirilib ki, bəzi hallarda məzunlar və yeniyetmələr "Son zəng" günü valideynlərinə, qohumlarına və ya digər şəxslərə məxsus nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərir, yaxud onlara bu cür imkan yaradılır:

"Belə məsuliyyətsiz davranışlar isə əksər hallarda ağır yol-nəqliyyat hadisələri, insan itkisi, yaxud digər faciələrlə nəticələnir.

Xatırladırıq ki, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmək, habelə avtomobilin sürücülük hüququ olmayan şəxslərə etibar edilməsi yolverilməzdir. Belə hallar təkcə qanunvericiliyin tələblərinin pozulması deyil, həm də insanların həyat və sağlamlığını ciddi təhlükə altına qoyan hərəkətlərdir.

Eyni zamanda bildiririk ki, skuterlərin idarə edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddi, moped və motosikletlərin idarə edilməsi üçün isə müvafiq sürücülük hüququ tələb olunur. Bu nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə zidd şəkildə idarə edilməsi, eləcə də onlardan təhlükəli və nümayiş xarakterli hərəkətlər üçün istifadə olunması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər".

Məlumatda idarə valideynlərə müraciət edərək onları övladları üzərində nəzarəti daha da gücləndirməyə, həyat və sağlamlığı təhlükə altına qoya biləcək davranışların qarşısını vaxtında almağa çağırır:

"Unutmaq olmaz ki, diqqətsizlik və ya səhlənkarlıq nəticəsində baş verən hadisələr sonradan ağır peşmançılıq doğuran, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb olur.

Eyni zamanda, avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, nəqliyyat vasitələrini sürücülük hüququ olmayan şəxslərə təqdim etməməyə çağırırıq".

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, "Son zəng" tədbirləri ilə əlaqədar ümumtəhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, məzunların daha çox toplaşdığı məkanlarda və hərəkətin intensiv olduğu istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə xidmət gücləndirilmiş rejimdə təşkil ediləcək, zəruri nəzarət-profilaktik tədbirlər həyata keçiriləcək.скачать dle 10.6фильмы бесплатно


19

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Sahibə Qafarova: Dövlət parçalanmaq təhlükəsi ilə üz-üzə qalarkən Ulu Öndər Azərbaycanı xilas etdi
İlham Əliyev Vladimir Putini təbrik edib
Azərbaycan diasporu Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri münasibətilə təntənəli tədbir təşkil edib
İlham Əliyev Filippin Prezidentini təbrik edib
Milli Məclis növbədənkənar sessiya çərçivəsində daha 10 məsələnin müzakirəsinə başlayıb
Milli Məclis Qurtuluş günü ilə bağlı Prezidentə və Birinci vitse-prezidentə təbrik ünvanlayıb

Sahibə Qafarova: Dövlət parçalanmaq təhlükəsi ilə üz-üzə qalarkən Ulu Öndər Azərbaycanı xilas etdi

İlham Əliyev Vladimir Putini təbrik edib

Azərbaycan diasporu Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri münasibətilə təntənəli tədbir təşkil edib

İlham Əliyev Filippin Prezidentini təbrik edib

Milli Məclis növbədənkənar sessiya çərçivəsində daha 10 məsələnin müzakirəsinə başlayıb

Milli Məclis Qurtuluş günü ilə bağlı Prezidentə və Birinci vitse-prezidentə təbrik ünvanlayıb

Sahil Tahirli "Space" TV-də yeni vəzifəyə təyin olunub

DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Azərbaycan XİN Filippini Müstəqillik Günü münasibətilə təbrik edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.