• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

GAİM “1+4” proqramı üzrə sınaq imtahanı keçirib

Dünən, 17:00 | Baxılıb: 19
“GAİM “1+4” proqramı üzrə sınaq imtahanı keçirib

GAİM “1+4” proqramı üzrə sınaq imtahanı keçirib
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “1+4” proqramı çərçivəsində universitetə hazırlıq üzrə sınaq imtahanı keçirilib.
Sınaq imtahanına 150-yə yaxın abituriyent qatılıb. İştirakçıların 80-dən çoxu GAİM-də fəaliyyət göstərən riyaziyyat və məntiq hazırlıq kurslarının tələbələri olub. İmtahan bütün iştirakçılar üçün tamamilə ödənişsiz əsaslarla təşkil edilib. 
İmtahanın keçirilməsində əsas məqsəd abituriyentlərin bilik və hazırlıq səviyyəsinin qiymətləndirilməsi, onların real imtahan mühitinə uyğunlaşmasının təmin edilməsi və qəbul prosesinə daha səmərəli hazırlaşmalarına dəstək göstərilməsi olub.
Sınaq imtahanının hazırlanması və təşkilində GAİM-in təcrübəli riyaziyyat və məntiq müəllimləri Fərzin Məşədiyev, Əhmədalı Babaşov və Emin Məmmədov yüksək peşəkarlıq nümayiş etdirərək bu prosesin uğurla həyata keçirilməsinə mühüm töhfə veriblər.
Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov vurğulayıb ki, mərkəzin əsas məqsədlərindən biri gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, elmi biliklərinin artırılması və cəmiyyətə inteqrasiyasının gücləndirilməsidir: “Bu istiqamətdə təhsil sahəsində genişmiqyaslı layihələr və proqramlar həyata keçiririk. Əsas hədəfimiz gənclərin bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların gələcək uğurları üçün əlverişli imkanlar yaratmaqdır”, – deyə o bildirib.
GAİM bundan sonra da gənclərin təhsilinə dəstək məqsədilə bu kimi layihələrin həyata keçirilməsini davam etdirəcək.

GAİM “1+4” proqramı üzrə sınaq imtahanı keçirib
GAİM “1+4” proqramı üzrə sınaq imtahanı keçirib
скачать dle 10.6фильмы бесплатно

19

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Məktəblərdə telefon istifadəsi ilə bağlı yeni qaydalar təsdiqlənib
“Azərbaycan arxeologiyası” dərs vəsaitinin I cildi nəşr olunub
GAİM “1+4” proqramı üzrə sınaq imtahanı keçirib
Baş Prokurorluq ilə İCMP arasında qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsinə dair razılıq əldə olunub
Türk Dünyası Həftəsində 20-dən artıq ölkədən 120-dən çox alim, tədqiqatçı və araşdırmaçı iştirak edir
BMTM sədri: Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər ona orta güc statusu qazandırıb

Azərbaycan Ordusunda gənc zabitlərlə nümayiş məşğələləri təşkil edilib

Prezident: TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır

TDT-nin Baş katibi: Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir

Prezident İlham Əliyev: Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.