• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanlı pediatrlar beynəlxalq konqresdə brusellyoz, nadir xəstəliklər və viral hepatitlərin müalicəsində yenilikləri təqdim ediblər

Bu gün, 13:30 | Baxılıb: 6
“Azərbaycanlı pediatrlar beynəlxalq konqresdə brusellyoz, nadir xəstəliklər və viral hepatitlərin müalicəsində yenilikləri təqdim ediblər

Azərbaycanlı pediatrlar beynəlxalq konqresdə brusellyoz, nadir xəstəliklər və viral hepatitlərin müalicəsində yenilikləri təqdim ediblər
Qırğızıstan Respublikasında keçirilən "İssık-Kul sahilində uşaq ürəyi: nailiyyətlər və perspektivlər" mövzusunda II Beynəlxalq konqresdə ölkəmizi Azərbaycan Pediatrlar Asossiasiyasının sədri, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Təranə Tağızadə, həmin kafedranın dosenti, t.ü.f.d. Fəxriyyə Məmmədova və Yoluxucu xəstəliklər kafedrasının dosenti, t.ü.f.d. Samir Məmmədov təmsil ediblər.
Tədbirdə, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus, Rusiya, Almaniya və digər ölkələrdən olan uşaq kardiologiyası, uşaq ürək-damar cərrahiyyəsi, aritmologiya, pediatriya, neonatologiya və anesteziologiya sahələrinin aparıcı mütəxəssisləri kardiologiya, kardiocərrahiyyə və pediatriyanın aktual məsələlərini müzakirə ediblər.
APA-nın üzvləri olan həkimlər bölmə iclaslarında fəal iştirak edərək klinik halları müzakirə edib, xarici həmkarları ilə təcrübə mübadiləsi aparıb və beynəlxalq peşəkar əlaqələrini genişləndiriblər.
Konqres çərçivəsində türk dövlətlərindən olan nümayəndə heyətinin iştirakı ilə keçirilən “Türk Dünyası Pediatrlarının II Qurultayı”nda Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistandan gələn həkim və mütəxəssislər təmsil olunublar.
Qurultayda t.ü.f.d., dosent Təranə Tağızadə “Azərbaycanda uşaq brusellyozunun aktual problemləri” mövzusunda məruzə edərək, xəstəliyin erkən diaqnostikası və müasir müalicə üsullarını diqqətə çatdırıb. Alim ölkəmizdə pediatrik brusellyozla mübarizədə əldə olunan nailiyyətləri qeyd etməklə yanaşı, gələcək birgə regional fəaliyyətin və preventiv tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
“Nadir pediatrik xəstəliklərdə süni intellekt: genom datalarından klinik qərarların dəstəklənməsinədək” adlı təqdimatında t.ü.f.d., dosent Fəxriyyə Məmmədova nadir patologiyaların diaqnostikasında rəqəmsal texnologiyaların oynadığı roldan bəhs edib, genom məlumatlarının analizində süni intellekt alqoritmlərinin tətbiqinin həkimlərə daha sürətli və dəqiq klinik qərarlar qəbul etmək imkanı qazandırdığını bildirib.
Sonra “Uşaqlarda viral B və C hepatitlərinin müalicəsinə müasir yanaşmalar” mövzusunda çıxış edən t.ü.f.d., dosent Samir Məmmədov uşaqlarda xroniki viral hepatitlərin müalicəsində son illərdə tətbiq olunan effektiv terapevtik protokollardan bəhs edib. Məruzəçi bu infeksiyaların vaxtında aşkarlanmasının fəsadların qarşısının alınmasındakı əhəmiyyətini qeyd edərək, pediatrik praktikada beynəlxalq standartlara uyğun müasir yanaşmaların tətbiqi barədə ətraflı məlumat verib.
Beynəlxalq tədbirdə erkən diaqnostika, uşaq kardiologiyasında innovativ texnologiyaların tətbiqi, eləcə də müxtəlif ixtisaslı mütəxəssislər arasında multidissiplinar əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət çəkilib.
Müzakirələr zamanı anadangəlmə ürək qüsurları, aritmiyalar və uşaqlarda rast gəlinən digər ürək-damar xəstəliklərinin Avrasiya regionu ölkələri üçün hələ də ciddi tibbi və sosial problem olaraq qaldığı müəyyən edilib. Xəstəliklərin erkən aşkarlanmasının əhəmiyyəti və müalicədə multidissiplinar yanaşmanın zəruriliyi önə çəkilib.
Ekspertlər ixtisaslaşmış uşaq kardiologiyası və ürək-damar cərrahiyyəsi mərkəzlərinin inkişaf etdirilməsini, prenatal və neonatal skrininq proqramlarının tətbiqini, ürək qüsurlarının cərrahi korreksiyasının müasir üsullarına çıxışın genişləndirilməsini, həmçinin pediatriya xidməti ilə ixtisaslaşmış tibb müəssisələri arasında əməkdaşlığın gücləndirilməsini zəruri hesab ediblər.
Eyni zamanda tibb kadrlarının hazırlanması məsələləri də ortaq müzakirə mövzusu olub. İştirakçılar həkimlər üçün müntəzəm ixtisasartırma kurslarının, klinik təcrübə proqramlarının və ustad dərslərinin təşkilini tövsiyə ediblər. Beynəlxalq təcrübə mübadiləsinin və multidissiplinar mütəxəssis komandalarının formalaşdırılmasının vacibliyi də xüsusi vurğulanıb.скачать dle 10.6фильмы бесплатно


6

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib
Azərbaycanlı pediatrlar beynəlxalq konqresdə brusellyoz, nadir xəstəliklər və viral hepatitlərin müalicəsində yenilikləri təqdim ediblər
İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib
Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxan yerli və əcnəbi oyunçuların sayı açıqlanıb
Azərbaycan atletləri Qosanov Memorialında iki medal qazanıblar

Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

Azərbaycanlı pediatrlar beynəlxalq konqresdə brusellyoz, nadir xəstəliklər və viral hepatitlərin müalicəsində yenilikləri təqdim ediblər

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxan yerli və əcnəbi oyunçuların sayı açıqlanıb

Azərbaycan atletləri Qosanov Memorialında iki medal qazanıblar

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.