• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kənd Təsərrüfatı Nazirliyi: Biçindən sonra əkin sahələrinin yandırılması yolverilməzdir

Dünən, 11:00 | Baxılıb: 29
“Kənd Təsərrüfatı Nazirliyi: Biçindən sonra əkin sahələrinin yandırılması yolverilməzdir

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edərək taxıl sahələrinin biçindən sonra yandırılmasının yolverilməz olduğunu bildirib.

Nazirlikdən Diaspor.info-ya verilən məlumata görə, müraciətdə əkin sahələrinin yandırılmasının həm ekoloji, həm də aqrotexniki baxımdan ciddi fəsadlar yaratdığı bildirilib. Qeyd olunub ki, yanğınlar əkinəyararlı torpaqlarla yanaşı, meşə və meşə-mühafizə zolaqlarına, eləcə də yaşayış məntəqələrinə yayılaraq ciddi ekoloji problemlərə səbəb ola bilər.

Torpağın münbitliyinə və bioloji strukturuna vurulan ziyan

Bitki qalıqları torpağın münbitliyini artıran, strukturunu və rütubət tutumunu yaxşılaşdıran ən vacib üzvi resurslardan biridir. Təəssüf ki, kənd təsərrüfatı məhsul istehsalçılarının az bir hissəsi hələ də əlavə əmək xərcləri tələb etdiyindən bitki qalıqları haqqında yanlış təsəvvürlərə malikdir.

Kövşənliyin və samanın yandırılması torpağa bərpaolunmaz ziyan vurur:

Faydalı mikroorqanizmlərin məhv olması: Normalda 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrəsi ola bilər. Hər il orta hesabla hər hektarda 20-40 kq azot sərbəst yaşayan, 200 kq azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Yanğın milyon illər ərzində formalaşmış bu faydalı mikrofloranı məhv edir və onun bərpası uzun müddət tələb edir.

Kritik elementlərin və humusun itirilməsi: Yüksək temperaturun (360°C-yə qədər) təsiri ilə torpağın 0-5 sm qatında humus yanır, 10 sm qatında isə su buxarlanır. Humus itkisi hektara 1,3 ton təşkil edir. Səmərəli maddələrin məhvi nəticəsində toxumanın quru maddəsinin təxminən 95%-ni təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir.

Maddi itkilər və məhsuldarlığın aşağı düşməsi: Bir hektarda 1 ton samanın yandırılması ilə 4,0-4,5 kq azot, 2,0-2,5 kq fosfor itirilir, 8-10 kq kalium isə yararsız hala keçir. Bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməlidir. Halbuki, 1 ton buğda samanında dəyəri 12-35 manat olan qida maddələri var. Sahənin yandırılması növbəti ilin məhsuldarlığını 20-30% azaldır.

Zərərvericilərlə səhv mübarizə: Bitki qalıqlarının yandırılması zərərvericilərə qarşı effektiv vasitə deyil. Çünki dənli bitkilərin əksər zərərvericiləri yanğın zamanı torpağın dərin qatlarında gizlənə bilsələr də, faydalı həşəratlar (məsələn, inkişafı dövründə 400-2000 mənənə məhv edən parabüzənlər) yanaraq tələf olur.

Alternativ və səmərəli idarəetmə üsullarıKənd Təsərrüfatı Nazirliyi fermerlərə arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə samanı doğrayıb mulça şəklində sahəyə səpməyi, yaxud biçindən dərhal sonra samanı sahədən daşıyıb çıxarmağı tövsiyə edir.

Daha sonra becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum, 10-12 sm diskləmə və ya torpağın sıfır becərməsi aparılmalı, sahə aralıq bitkilərin səpininə hazırlanmalıdır. Kövşənlikdə birbaşa səpinin aparılması torpaqqoruyucu qat yaradaraq su və külək eroziyasının qarşısını alır, rütubəti qoruyur, alaq otlarının inkişafına mane olur və ümumi məhsuldarlığı yüksəldir.

Qanunvericilik və cərimələr

Məhsulu biçilmiş əkin sahələrinin yandırılması ciddi qanun pozuntusudur. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən əkin yerlərinin yandırılması qəti qadağandır.

Bu qaydanı pozan fərdlər və qurumlar İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən aşağıdakı məbləğlərdə cərimə olunurlar:

Fiziki şəxslər: 400 manatdan 600 manatadək

Vəzifəli şəxslər: 1500 manatdan 2000 manatadək

Hüquqi şəxslər: 5000 manatdan 6000 manatadək.скачать dle 10.6фильмы бесплатно


29

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır
Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib
Azərbaycanın BƏT-in bir sıra konvensiyalarına qoşulması üçün təkliflər hazırlanacaq
Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub
Azərbaycanda 2026-2030-cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı təsdiqlənib
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Azərbaycanın BƏT-in bir sıra konvensiyalarına qoşulması üçün təkliflər hazırlanacaq

Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub

Azərbaycanda 2026-2030-cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı təsdiqlənib

Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı

Azərbaycanda qeyri-rezident təchizatçılar icra və avans təminatı öhdəliklərindən azad edilib

İlham Əliyev İspaniyanın futbol üzrə dünya çempionu olması münasibəti ilə Kralı təbrik edib

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

Bakı–Naxçıvan aviareyslərində "mygov"la rəqəmsal qeydiyyata başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.