• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanda qeyri-rezident təchizatçılar icra və avans təminatı öhdəliklərindən azad edilib

Dünən, 14:00 | Baxılıb: 20
“Azərbaycanda qeyri-rezident təchizatçılar icra və avans təminatı öhdəliklərindən azad edilib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 13-də qəbul etdiyi "Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Diaspor info xəbər verir ki, yeni qanunla qeyri-rezident təchizatçıların icra və avans təminatı öhdəliklərindən azad edilməsi mexanizmi müəyyənləşib.

Dəyişikliyə əsasən, qeyri-rezident hüquqi və ya fiziki şəxslər satınalma təklifləri ilə birlikdə icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilmələri üçün satınalma komissiyasına əsaslandırılmış müraciət edə biləcəklər.

Həmçinin, satınalma komissiyası bir mənbədən satınalma metodu tətbiq edilərkən, qeyri-rezident şəxslər tərəfindən bu təminatların ödənilməsinin mümkünsüzlüyünü müəyyən etdikdə (öz təşəbbüsü və ya daxil olan müraciət əsasında), satınalan təşkilat 10 iş günü müddətində müvafiq dövlət qurumuna müraciət edəcək.

Müvafiq qurum isə nəzarət orqanının təklifləri əsasında 20 iş günü müddətində xarici təchizatçının icra və (və ya) avans təminatından azad edilməsi yaxud bundan imtina olunması barədə yekun qərar verəcək. Azad edilmə barədə qərar qəbul edildiyi tarixdən sonrakı 12 ay ərzində eyni satınalan təşkilat tərəfindən həmin təchizatçıdan eyni predmet satın alınarsa, yeni qərarın alınması tələb olunmayacaq.

Bundan başqa, dövlət başçısı yenilənmiş qanunun tətbiqi və "Dövlət satınalmaları haqqında" 14 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə 19 avqust 2023-cü il tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq, qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi ilə bağlı satınalan təşkilatların müraciətlərinə baxılması və qərarların qəbul edilməsi qaydasını üç ay müddətində təsdiq edib Prezidentə məlumat verməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həll etməlidir.скачать dle 10.6фильмы бесплатно


20

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır
Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib
Azərbaycanın BƏT-in bir sıra konvensiyalarına qoşulması üçün təkliflər hazırlanacaq
Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub
Azərbaycanda 2026-2030-cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı təsdiqlənib
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Azərbaycanın BƏT-in bir sıra konvensiyalarına qoşulması üçün təkliflər hazırlanacaq

Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub

Azərbaycanda 2026-2030-cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı təsdiqlənib

Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı

Azərbaycanda qeyri-rezident təchizatçılar icra və avans təminatı öhdəliklərindən azad edilib

İlham Əliyev İspaniyanın futbol üzrə dünya çempionu olması münasibəti ilə Kralı təbrik edib

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

Bakı–Naxçıvan aviareyslərində "mygov"la rəqəmsal qeydiyyata başlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.