Bu gün səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur. Tərəfimizdən ərazidə monitorinqlər aparılır.
248