Bu gün səhər saatlarında Buta reysi ilə Bakıdan Lvova uçan təyyarə havaya qalxa bilməyib.
Təxminən iki saata yaxın sərnişinlər təyyarənin içində həyəcanlı anlar yaşayıblar.
Dəfələrlə edilən cəhdlər faydasız olub.
Təyyarəni havaya qaldırmaq mümkün olmayıb.
İçərisində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Qulu Ibrahimovun da olduğu təyyarə uçuşa hazır olmadığına görə sərnişinləri yenidən gözləmə zalına dəvət ediblər.
Nəzərə alsaq ki, hava gəmisində uçanların çoxu iş adamıdır və onların görüşləri var, qanunla Butanı məhkəməyə verib təzminat almaq olar.
Onsuzda nə qədər təzə təyyarələr alınsa da Azal çox vaxt yarıtmaz fəaliyyəti ilə daha çox seçilir.
Düzdür, hamı kimi biz də xoşbəxtlikdən təyyarədəki sakinlərə heç bir xətanın olmamasına sevinirik. Ancaq ikinci tərəfdən baxanda nəyə görə Azalın yarıtmaz fəaliyyəti üzündən iş adamlarının işgüzar səfərləri təxirə salınmalıdır?
Əvvəllər bəhanə edirdilər ki təyyarələr köhnədir, Ağalar bəs indi nəyi bəhanə edirsiniz ??