"Afaq xanım elə bilib ki, Elgizin verilişinin reklam saatıdır" FOTO+VİDEO
Şairə Nazilə Səfərli Xalq artisti Afaq Bəşirqızı ilə aparıcı Elgiz Əkbər arasında yaşanan məsələyə münasibət bildirib. Diaspor.infonun məlumatına görə, Səfərli bu sözləri deyib: "Aramızda ömrü boyu bir dəfə də olsun söyüş söyməyən insan yoxdur. Gəlin, bu məsələni intihar həddinə çatdırmayaq. Afaq xanım mənim əzizim, Elgiz isə dəyərli iş yoldaşımdır. Hər ikisinə hörmətim sonsuzdur. Afaq xanım Elgizə zəng edərkən həqiqətən də reklam saatı idi. O, elə bilib ki, Elgiz reklamdadır. Əslində efir gedirmiş. On dəqiqə gecikmə var axı. Sadəcə Elgizin boynundakı səs ötürücüsündən səs efirə yayılıb. Afaq xanım prezidentlə görüşə gedib, bütün aktyorların ehtiyaclarını açıqlayanda heç kim demədi ki, niyə kişi kimi qabağa düşüb öz dərdini yox, başqalarının problemini həll edirsən?! İndi də Afaq xanımın söyüşünə təəccüblənməyək və ya sənətkarımızı utandırmayaq".
Qeyd edək ki, ötən gün Xalq artisti Afaq Bəşirqzı aparıcısı olduğu Elgiz Əkbərin telefonuna zəng edərək, nalayiq ifadə işlədib. Bu zaman onun telefonda işlətdiyi söyüş efirdə eşidiləcək tərzdə olub.
Milli Televiziya və Radio Şurası ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan saat 16:00-dək dayandırılması haqqında qərar qəbul edib.