Paraüzgüçülük üzrə Azərbaycan yığmasının üzvü Roman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Diaspor info xəbər verir ki, 28 yaşlı idmançı 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışında 1 dəqiqəlik nəticə göstərərək finişə ikinci çatıb.
Xatırladaq ki, R.Saley “Tokio-2020” Yay Paralimpiya Oyunlarının üçqat qalibidir.
164