2022-ci il oktyabrın 1-dən 11-dək Naxçıvan şəhərində Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu barədə Diaspor info-ya Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasından məlumat verilib.
FİDE, Azərbaycan Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək olimpiadaya FİDE-yə üzv olan hər bir federasiya bir komanda göndərmək hüququna malikdir. Hər komanda 4 oyunçudan və maksimum 2 ehtiyat oyunçudan ibarət olacaq.
Yarış İsveçrə sistemi ilə keçiriləcək və 9 turdan ibarət olacaq. Hazırda bu mötəbər yarışın qeydiyyat və təşkilati işləri ardıcıllıqla davam etdirilir. FİDE-nin üzvü olan federasiyalar yarışın rəsmi internet saytında qeydiyyatdan keçirlər.
Naxçıvanda FİDE U-16 Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi ilə bağlı məlumatlar Beynəlxalq Şahmat Federasiyasının rəsmi feysbuk və tviter hesablarında da yerləşdirilib.