Bakı Boks Mərkəzində yeniyetmələr arasında boks üzrə Azərbaycan çempionatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Diaspor info-ya verilən məlumata görə, 66 komandadan 326 boksçunun iştirak etdiyi yarışda Naxçıvan 2 məşqçi və 8 idmançı ilə təmsil olunub.
Boksçularımızdan Elbrus Kərimli 54 kq çəki dərəcəsində qarşılaşdığı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız medal və diplomla təltif edilib.
143